Ermənistana heç bir güzəşt olmayacaq - Həsrət Rüstəmov
09:51 26.08.2023
Aktual
527
Xankəndidəki dinc əhaliyə humanitar yardım ancaq Ağdam-Xankəndi yolu ilə edilməlidir
Qarabağdakı separatçılar Ağdam marşrutundan istifadə üçün şərtlər irəli sürüb. Separatçıların qondarma dövlət nazirinin qondarma müşaviri Artak Beqlaryan şərtlərinin nə olduğunu açıqlayıb: “Laçın yolu tam açılmalı, təhlükəsizlik təminatları təmin olunmalıdır. O zaman kommunikasiyaların açılması üçün bütün mümkün variantları müzakirə edə bilərik, lakin Azərbaycan buna hazır deyil”. Separatçı bildirib ki, Ağdam yolundan istifadəni güzəşt hesab etmirlər. Beləliklə, separatçılar Bakıya qarşı meydan oxuyurlar. Azərbaycan öz suveren ərazisində istədiyini etmək haqqına sahibdir. Ağdam marşrutunun təklif edilməsi də Qarabağdakı mülki ermənilərin problemlərinin həlli məqsədi daşıyır. Mülki erməniləri girov saxlayan separatçıların bu mövqeyi, xüsusilə şərtlər irəli sürməsi isə Azərbaycana müharibə elan etmək kimi də qəbul edilə bilər. Bu vəziyyətdə onlara qarşı praktik addımların atılması qaçılmaz olacaq.
Azərbaycan Demokrat Partiyasının sədr müavini, siyasi şərhçi Həsrət Rüstəmov "Sherg.az"a bildirib ki, Xankəndidəki qondarma rejimin nümayəndələrini sadəcə separatçı adlandırmaq onlara qarşı çox yumşaq səslənir. Onlar Azərbaycan xalqına qarşı çoxsaylı müharibə cinayətlərini təşkil etmiş və bu cür cinayətlərdə iştirak etmiş canilərdir. Analitik diqqətə çatdırıb ki, erməni cinayətkarları daim başqa dövlətlərin əlində alət olaraq bölgədə sülh və əmin-amanlığın qarşısını kəsməklə məşğul olublar: "Ermənilərin nə qədər həyasız və ədalətsiz bir toplum olduğunu dünya yaxşı bilir. Biz bunları bilə-bilə və hərbi-siyasi üstünlük tərəfimizdə olduğu halda nəyə görə bir ovuc caniyə güzəştə getməliyik?! Onların qondarma liderciklərinin hansısa şərt irəli sürməsinə niyə dözümlü yanaşmalıyıq?! Əlbəttə ki, məsələni beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi prinsipləri çərçivəsində, qəti olaraq birdəfəlik həll etməliyik. Əgər dünyadan kimsə Xankəndidəki dinc əhaliyə humanitar yardım etmək istəyirsə, bunu Azərbaycan hökuməti vasitəsilə, Ağdam-Xankəndi yolu ilə etməlidir. Heç bir güzəştə getmək olmaz. Xankəndidəki ermənilər də başa düşməlidirlər ki, onları Rusiyanın əlində oyuncaq olan qondarma rejimin girovluğundan nə Ermənistan, nə Fransa, nə də başqa bir ölkə xilas edə bilər. Onlar yalnız Azərbaycanın qanunlarının təsiri altında yaşamağı qəbul etməklə özlərini bu terror çetesinin əlindən xilas edə bilərlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya