“Ermənistanın bəyanatı provokasiyadır” - Kövrək danışıqlar pozulur? - AKTUAL ŞƏRH
Yusif Nəzərli
09:56 05.12.2022
Aktual
348
Ermənistan parlamenti müxalifətin Azərbaycan Milli Məclisinə ünvanladığı bəyanatı qəbul etməyib. Bəyanatın mətnində olan “Dağlıq Qarabağ Respublikası”, “Artsax Respublikası”, “Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququ” və bir sıra başqa ifadələr hakim fraksiyanın xoşuna gəlməyib. Səsvermədən əvvəl iqtidar və müxalifət arasında üç saatlıq danışıqlar prosesi baş tutub və gərgin müzakirələr aparılıb.
Ermənistan parlamentinin bəyanatı qəbul etməməsi nə ilə bağlıdır? Ermənistanın bəyanatı qəbul etməməsində məqsəd nədir?
Mövzu ilə bağlı “Platform.az”a açıqlama verən politoloq, jurnalist Anar Həsənov bildirib ki, siyasi gündəm manipulyasiya mexanizimlərindən biridir:
"Həm iqtidar, həm də muxalifət siyasi qüvvələri Qarabağ mövzusunu istismar edir. Ermənistan hakimiyyətinin Qarabağ mövzusunda müxalifətinin bəyanatını qəbul etməməsi ondan irəli gəlir ki, iqtidarla müxalifət arasında mübarizə gedir. Hakimiyyət istəməz ki, revanşistlər Ermənistan cəmiyyəti üçün bu dərəcədə vacib olan mövzunu istismar etmək üçün ona şərait yaratsın. Parlamentdə, hakimiyyətdə müxalifət azlıq təşkil edir. Bu, Ermənistanın daxili işidir. Həmçinin Ermənistan iqtidarı, müxalifəti arasındakı mübarizənin təzahürüdür. Hakimiyyət istəmir ki, Qarabağ kimi vacib bir mövzunun müəllifi Ermənistan müxalifəti olsun. İkinci bir məsələ, Ermənistan müxalifətinin Azərbaycan cəmiyyətindəki obrazı ilə bağlıdır”.
Politoloqun sözlərinə görə Paşinyan höküməti bilir ki, Ermənistan müxalifətinin aksiyasına dəstək vermək Azərbaycanla Ermənistan arasındakı kövrək danışıqlar prosesini poza bilər:
“Çünki Azərbaycanda Ermənistan müxalifətinin obrazı revanşist, ekstremist terrorçu qruplaşmalar tipindədir. Bu baxımdan Ermənistan hakimiyyəti bu məsələdə istəmir ki, kövrək danışıqlar prosesi pozulsun. Çünki bu bəyanat özü müəyyən provokasiyalara səbəb ola bilər.
Qeyd olunduğu kimi Ermənistan hakimiyyəti "Dağlıq Qarabağ Respubilikasi", "Artsax" kimi ifadələrə rəsmi sənədlərdə yer vermir. Ermənistan rəhbərliyi özü belə, sülhməramlıların məsuliyyət zonasına səfərlərindən çəkinir. Onlar Azərbaycanla bağlı sərt, provokativ addımlar atmağa çəkinirlər. Ermənistan hakimiyyətinin hazırladığı bəyanat əsl provokasiyadır. Onlar həm, daxili həm də xarici faktoru nəzərə alıblar".
Şahanə Tağızadə, BDU jurnalistika fakultəsinin tələbəsi
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm