
Əvvəlcə ortaq əlifba məsələsi həll olunmalıdır -Şərh
Əvvəlcə ortaq əlifba məsələsi həll olunmalıdır -Şərh
09:20 15.03.2024
Aktual
699
Sonra Beynəlxalq Türk dili Günündən danışa bilərik
“Azərbaycanla Türkiyə qədər bir-birinə yaxın, qardaş olan 2 dövlət yer üzündə tapılmaz. Amma heç bu 2 dövlətin ortaq əlifbası yoxdur. İllərdir bu barədə danışılır, deyilir, ortada bir nəticə yoxdur”
UNESCO Türkiyə Milli Komissiyasının rəhbəri Öcal Oğuz Beynəlxalq Türk Dili Gününün yaradılmasını təklif edib. Bu barədə Öcal Oğuz ADA Universitetində keçirilən "UNESCO perspektivindən Türk dünyasının tarixi və mədəni irsinin araşdırılması və qorunması" adlı konfransda çıxışında deyib. O, konfransa ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkür edib. Öcal Oğuz çıxışında rəhbərlik etdiyi komissiya ilə Türk dövlətləri arasında əməkdaşlıq perspektivləri barədə danışıb. O, çıxışında Beynəlxalq Türk Dili Gününün yaradılmasının vacibliyini vurğulayıb və deyib ki, belə bir vahid dil ölkələri daha da yaxınlaşdıracaq: "Bu gün Beynəlxalq Fransız Dili Günü, Ərəb Dili Günü qeyd olunur. Biz də Beynəlxalq Türk Dili Gününün qeyd olunması üçün işləməliyik". O deyib ki, UNESCO Türkiyə Milli Komissiyası bu təşəbbüs üzərində işləyir.
Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a açıqlamasında qeyd etdi ki, belə təşəbbüslər alqışlanmalıdır:
- Türk xalqlarının, türk kimliyinin ortaqlaşması təqdir edilməlidir. Vacibdir, lazımdır. Amma ona qədər görəcəymiz çox işlər var. Möhtərəm şəxs fransız dili, ərəb dili, ispan dili günlərinin olduğunu deyib. Bəli, elədir, var belə günlər. Eyni hal portuqallar, almanlar, ingilislər üçün də keçərlidir. Birgə tədbirlər keçirilir, dillərin inkişaf perspektivləri müzakirə edilir və sair. Lakin onların hamısının biz – türk dövlətləri üçün əlçatan olmayan üstünlükləri var. Nədir bu üstünlük? Eyni əlifbalarının olması. Dünyadakı bütün ərəb dövlətlərinin əlifbası eynidir. İngilislərin, portuqalların, almanların, ispanların da həmçinin. Dünyanın hansı səmtində, hansı materikdə yaşamalarından asılı olmayaraq onlar eyni əlifbadan istifadə edir. Bir ingilis istər ABŞ-də yaşasın, istərsə də Böyük Britaniyada, eyni ingilis əlifbasından istifadə edir, eləcə də adını çəkdiyim digər xalqlar. İndi gəlin özümüzə baxaq. Azərbaycanla Türkiyə qədər bir-birinə yaxın, qardaş olan 2 dövlət yer üzündə tapılmaz. Amma heç bu 2 dövlətin ortaq əlifbası yoxdur. İllərdir bu barədə danışılır, deyilir, ortada bir nəticə yoxdur. Orta Asiya türk dövlətləri latın əlifbasına hələ tam keçməyib. Türkmənistanda latın əlifbasıdır, amma müəyyən fərqliliklərlə. Özbəkistan latın əlifbasına keçidi heç cür bitirə bilmir. Qırğızlar kiril əlifbasından dördəlli yapışıblar. 7 müstəqil türk dövləti hələ də ortaq əlifba məsələsini həll edə bilmir. Ortaq ünsiyyət dilimiz də formalaşmayıb. Əvvəlcə bu problem həll edilməlidir, sonra Beynəlxalq Türk Dili Günündən danışa bilərik. Yoxsa hə, təsis olundu Beynəlxalq Türk Dili Günü. Bu beynəlxalq günə hər türk dövləti fərqli-fərqli əlifbalarla təşrif buyuracaqsa, birini dediyini o biri alayarımçıq anlamayacaqsa, bunun harası “Beynəlxalq Türk Dili Günü” oldu?

A.Həsrət qeyd etdi ki, bəzi ölkələrə latın əlifbasına keçiddə kömək göstərilməlidir:
- Bildiyimiz qədər qırğızlar latın əlifbasına keçidin ləngiməsini maliyyə çətinliyi ilə izah edirlər. Bəli, bu, elə də asan və ucuz başa gələn proses deyil. Qırğızıstanı bu mənada anlamaq lazımdır. Odur ki, maliyyə imkanları daha geniş olan ölkələr onlara bu işdə yardım etməlidirlər. Yəni əvvəlcə alt yapı hazırlanmalıdır. Bu problemləri həll edək, sonra biz də ispanlar, ərəblər, ingilislər kimi, üzü ağ bir şəkildə Beynəlxalq Türk Dili Günüylə bağlı BMT-yə müraciət edək, təsis edək bu günü və qeyd edək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya
Peskov: Rusiyaya atəşkəs yox, sülh lazımdır
10:31 02.10.2026
Dünya
Paşinyan Minskdəki iclasa onlayn qatıldı
10:29 02.10.2026
Dünya
Güllü Muradovaya vəzifə verildi
10:25 02.10.2026
Mədəniyyət
Nazirdən ŞOK AÇIQLAMA: 10 minə yaxın müəllim...
10:24 02.10.2026
Elm və Təhsil
Ermənistan Azərbaycanın ardınca getməyə çalışır?
10:22 02.10.2026
Region
Tramp İran rəhbərliyini hədələdi
10:20 02.10.2026
Dünya
Ukrayna ərazisində müstəqil dövlət yaranacaq - Putin
10:15 02.10.2026
Dünya
Hikmət Hacıyev Azərbaycanın İsrail ilə münasibətlərindən danışdı
10:09 02.10.2026
Siyasət