Fövqəladə vəziyyət elan edilməsinə ehtiyac yoxdur - Vəziyyət kritik deyil
Turan
09:29 15.03.2020
Aktual
1039
"Ölkəmizdə koronavirusla bağlı fövqəladə vəziyyət elan edilməsinə ehtiyac yoxdur".
Bunu "Sherg.az"a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib.
Partiya sədri bildirib ki, bəzi siyasilərimiz və ekspertlərimiz təklif edirlər ki, İspaniyada və ABŞ-da koronavirusla mübarizə məqsədilə fövqəladə vəziyyət elan olunduğu kimi bizim ölkəmizdə də fövqəladə vəziyyət elan edilsin:
"Zənnimizcə, Azərbaycanda belə bir addım atmağa ehtiyac yoxdur. Tramp ABŞ-ın bütün ştatlarında fövqəladə vəziyyət elan edə bilər. Və bunun üçün onun kifayət qədər əsası da var. Çünki iddialara görə bu virusun həm yaradıcısı, həm də dünyada yayılmasının əsas səbəbkarlarından biri və birincisi ABŞ-ın özüdür. Eləcə də Trampın özü də bu işdə məsuliyyət daşıyır. Çünki öldürücü viruslarla bağlı laborator təcrübələrin aparılmasına məhz onun özü tərəfindən icazə verilib. Lakin sonradan həmin elmi-praktik təcrübələrlə bağlı situasiya nəzarətdən çıxıb. ABŞ prezidenti bundan sonra baş verə biləcək daha böyük fəsadların qarşısını almaq üçün hərəkətə keçib və fövqəladə vəziyyətin tətbiqi ilə bağlı qərarı məhz bu məqsədlə verib. Amma sözügedən koronavirus epidemiyası Azərbaycanda və dünyanın bir sıra başqa ölkələrində kritik həddə - pandemiya mərhələsinə çatmayacaq. Çünki bu virus növü konkret olaraq bir neçə ölkə, bir neçə iqlim şəraiti və bir neçə etnos üçün nəzərdə tutulub".
Ekspertin fikrincə, Azərbaycan, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və s. ölkələr isə bu kateqoriyaların heç birinə daxil deyil:
"Odur ki, ifrata varmaq və əhalidə panik əhval-ruhiyyə yaratmağa da ehtiyac yoxdur. Onsuz da Azərbaycan hökuməti koronavirus məsələsi dünyada yayılmağa başladığı ilk günlərdən əhalini epidemiyadan qorumaq məqsədilə hərəkətə keçib. Lazımi bütün addımları atılmaqdadır. Nazirlər Kabineti tərəfindən müvafiq komissiya da yaradılıb və xüsusi Fəaliyyət Planı hazırlanıb. Bütün sərhəd-keçid məntəqələrində, hava limanlarında, vətəndaşların sıx toplaşdığı məkanlarda sözügedən virusa yoluxma hallarının qarşısının vaxtında alınması üçün önləyici tədbirlər görülür. Hesab edirəm ki, hazırda bu istiqamətdə görülən işlər qənaətbəxşdir. Azərbaycanda koronavirusla bağlı vəziyyət ABŞ-da, , İspaniyada, İtaliyada və ya İrandakı kimi kritik deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu ölkə də Ukraynaya dizel yanacağı ixracını dayandırdı
19:04 18.02.2026
Dünya
“Nyukasl”ın futbolçuları Bakı küçələrində - FOTO
19:01 18.02.2026
Futbol
Zelenskinin Ofisi: Cenevrədəki danışıqlar çətin olsa da, vacib idi
18:28 18.02.2026
Dünya
KİV: İrana qarşı hərbi əməliyyatın başlama ehtimalı 90%-dir
17:50 18.02.2026
Gündəm
Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif edildi
17:47 18.02.2026
Gündəm
Ukraynada müharibənin davam etməsi ehtimalı yüksəkdir - ŞƏRH
17:23 18.02.2026
Gündəm
Macarıstan Ukraynaya dizel tədarükünü dayandırıb
17:18 18.02.2026
İqtisadiyyat
Göyçayda 36 yaşlı kişi yıxılaraq ölüb, saxlanılan var
16:39 18.02.2026
Hadisə
Ermənistanın mina xəritələri hələ də gizlədilir - ŞƏRH
16:33 18.02.2026
Aktual
Starmer və Tramp Rusiya-Ukrayna və İran məsələlərini müzakirə edib
15:55 18.02.2026
Gündəm
Məsud Pezeşkian region ölkələrinə çağırış etdi
15:51 18.02.2026
Region