Fransa bərk narahatdır! - “Bu ölkənin Cənubi Qafqaz siyasəti fiaskoya uğradı”
Yusif Nəzərli
07:39 02.12.2022
Aktual
724
“Türkiyənin bölgədə güclənməsi rəsmi Parisin təsirlərini zəiflədib”
Fransa Parlamentinin aşağı palatası - Milli Assambleya yekdilliklə “Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması”nı tələb edən qərəzli qətnamə qəbul edib. Qətnaməyə 256 deputat lehinə, 0 nəfər əleyhinə səs verib.
Səsvermədən əvvəl Fransa Milli Assambleyasının müxtəlif fraksiyalarının nümayəndələri qətnamə layihəsini dəstəkləyəcəklərini bəyan ediblər.
Qətnamə layihəsinin həmmüəllifləri Fransa prezidenti Emmanuel Makronun “Renessans” partiyasının üzvləri olan deputatlardır.
Qeyd edək ki, Fransa Senatı da Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib. Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa Parlamentinin aşağı palatası - Milli Assambleyasının Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnaməyə münasibət bildirib.
Bu barədə diplomat “Twitter” hesabında yazıb:
“Fransa Milli Assambleyasının nəzərinə: 30 ildir ki, Ermənistan Azərbaycan ərazilərini işğal edib, bir milyon azərbaycanlının fundamental hüquqlarını pozub, müharibə cinayətləri törədib, regionu viran qoyub, siz susmusunuz. İndi danışmaqla sülhə mane olursunuz!”.
Fransanın qərəzli mövqeyi ilə bağlı "Sherg.az"a danışan Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk bildirib ki, güclü şəkildə təşkilatlanmış erməni lobbisi yüz ildən çoxdur orda fəaliyyət göstərir, resursları da böyükdür:
"Erməni lobbisinin təsiri genişdir. Hətta Fransanın siyasi dairələrində erməni əsilli məmurlar, hüquqşünaslar, siyasətçilər kifayət qədərdir. Fransız siyasətçiləri onlardan öz maraqları üçün istifadə etməyə çalışırlar. Bu, seçki prosesinə də təsirsiz ötüşmür.
Fransanın Cənubi Qafqaz siyasətində erməni faktoru strateji obrazdadır. Fransa hakimiyyəti Cənubi Qafqaz siyasətini Ermənistan üzərindən həyata keçirir. Üstəlik, Fransanın türk düşmənliyi var. Bu Osmanlı dönəmindən qalma qərəzdir.
Fransa Osmanlı imperiyasını çökdürmək üçün erməni amilindən istifadə edirdi. Bir sıra erməni üsyanlarının, separatçılığının arxasında Fransa dayanırdı. Fransa Senatında ermənilərin xeyrinə qəbul olunan qətnamələrdə bu amil diqqətdən qaçmamalıdır. Qondarma erməni soyqırımının beynəlxalq müstəviyə daşınmasında da rəsmi Paris mühüm rol oynayıb. Türkiyənin əleyhinə kart kimi istifadə olunub".
Diaspor üzrə araşdırmaçı-ekspertin qənaətincə, Fransanın Azərbaycanın üzərinə çox getməsinin arxasında Türkiyənin Cənubi Qafqazda güclənməsidir:
"Fransa bərk narahatdır. Türkiyənin bölgədə güclənməsi Fransanın təsirlərini zəiflədib.
Eləcə də, bu ölkə Senatının Azərbaycan əleyinə qəbul etdiyi qətnamə Vətən müharibəsindən sonra ermənilərin könlünü almaq niyyəti güdür. Vətən müharibəsində Fransa kənarda qaldı. Demək olar ki, proseslərə təsir imkanları zəif idi. Vətən müharibəsində Fransanın mövqeyi bəyanatdan və Makronun telefon danışıqlarından o tərəfə keçmədi. Beynəlxalq arenada Fransanın Ermənistanın xeyrinə hərəkətləri effekt vermədi. Vətən müharibəsi Fransanın bölgə ilə bağlı siyasətini fiaskoya uğratdı. Fransa Ermənistan müharibədən qalib çıxması arzulayırdı. Tam əksi baş verdi. Qəbul edilən qətnamə isə heç bir əhəmiyyət daşımır. Kağız üzərində qalacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm