“Fransa təklif edir ki, ordusu Laçın dəhlizində yerləşsin” - ŞƏRH
Fidan Həmişəyeva
10:57 22.07.2021
Aktual
640
Putinin dəvəti ilə Moskvaya gedən prezident İlham Əiyev rusiyalı həmkarıyla təkbətək görüş keçirib. Heç bir yeni sənədin imzalanmadığı görüşdə diqqət çəkən bəzi məqamlar oldu. Bunu Rusiya prezidentinin Paşinyanla görüşü zamanı da müşahidə etdik. Putin həm İlham Əliyev, həm də Paşinyanla görüşü zamanı "Dağlıq Qarabağ problemi" ifadəsini işlətmədi.
Məlum görüşün pərdəarxası məqamları barədə “Sherg.az”a danışan siyasi elmlər doktoru, professor, politoloq Cümşüd Nuriyev vurğulayıb ki, ölkə başçımızın Rusiyaya səfərləri daha çox dövlətimizə lazım olan anlarda həyata keçirilir:
“Fikrimcə, bu təcili görüşün keçirilməsi daha çox Fransanın BMT Təhlükəsizlik Şurasının üzvü kimi yeni bir qətnamə layihəsi hazırlaması ilə bağlıdır. Çünki Fransa təklif edir ki, Azərbaycanla Ermənistan arasındakı hər iki bəyanat ləğv olunsun, fransız ordusu Laçın dəhlizində yerləşsin. Təbii ki, bütün bunlar əvvəlcədən razılaşdırılmasa, çox ciddi ziyanlara səbəb ola bilər.
Məlumdur ki, Rusiya da BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Azərbaycanın da fəaliyyətə keçməsi bununla bağlıdır. Fransanın həmin qətnaməsinin qəbul edilməməsi üçün Rusiya ilə bərabər Azərbaycan da fəaliyyətə keçəcək. Lakin bunun baş tutacağına inanmıram. Çünki Azərbaycan-İngilitərə ilə münasibətləri yüksək səviyyədədir. Yəni Rusiya ilə Azərbaycan arasındakı danışıqlar masasında olan məsələlərdən birincisi budur”.
C.Nuriyev qeyd edib ki, görüşdə hər iki tərəf mühüm bəyanatlar verdi:
“İlham Əliyev artıq “münaqişədən sonrakı dövr” terminini işlətdi. Rusiya prezidenti də buna etiraz etmədi. O deməkdir ki, münaqişənin başa çatması və Prezidentimizin bəyanatı artıq qəbul olundu. Eyni zamanda “Dağlıq Qarabağ” adında inzibati ərazi vahidi yoxdur və Azərbaycan münaqişəni həll edib. Putinin Əliyevin fikirlərini dəstəkləməsi və həm “Dağlıq Qarabağ”, həm də “münaqişə” terminini işlətməməsi Azərbaycanın bu istiqamətdə apardığı xarici siyasətin müsbət nəticəsidir.
Rusiya ilə Azərbaycan arasında ticarət əlaqələri də möhkəmlənir. Təbii ki, bu, dövlətimiz üçün lazımdır. Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiya kimi böyük bir bazara ehtiyacı var. Ona görə bu sahədə işlərin görülməsi müsbət nəticəsini verəcək.
Nə Rusiya, nə də biz köçüb gedənik. Taleyimiz belədir ki, Rusiya ilə qonşuyuq, ən azı qonşuluq münasibətlərinə əməl etməklə sıfır problem siyasətini həyata keçirməliyik. Cənab Prezident də buna çalışır. Rusiyada aparılan təbliğat onu göstərir ki, onlar artıq Prezident Aparatından Azərbaycan əleyhinə işləməmək haqqında göstəriş alıblar. Son 2-3 gün ərzində rus mətbuatında Azərbaycanı dəstəkləyən yazılar daha çoxdur”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm