
Fuad Abbasov: Rusiya “Qara qutunun” içərisindəki məlumatları dəyişdirməyə çalışır
13:10 16.01.2025
Aktual
589
Dekabrın 25-də AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəblərini araşdıran Komissiya internetdə bununla bağlı rəsmi mənbələrə əsaslanmayan versiyaları şərh etməyəcək. Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyindən bildirilib. O da vurğulanıb ki, sözügedən komissiya ilkin hesabatı ölkənin qanunvericiliyinin tələblərinə və Beynəlxalq Mülki Aviasiya Təşkilatının 13 saylı əlavəsinə əsasən açıqlayacaq. Nazirlikdən sözügedən komissiyanın hazırda fəaliyyətini davam etdirdiyi də bəyan olunub.
Qeyd edək ki, AZAL-ın qəzaya uğrayan təyyarəsinin "qara qutuları" Braziliyadan Astanaya gətirilib. Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer” tipli təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin qiymətləndirmələrə görə, təyyarə Rusiyanın hava məkanında vurulub.
Tanınmış jurnalist, politoloq Fuad Abbasov “Sherg.az”a bildirib ki, təyyarə qəzasının başlıca günahkarı olan Rusiya müxtəlif bəhanələrlə hadisənin ilk saatlarından etibarən günahı üzərindən atmağa çalışırdı:

“Amma bütün bunlara müvəffəq ola bilmədi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, bu, məsələyə prinsipial mövqeyi onlara imkan vermədi. Birbaşa zənglər, şəxsi münasibətlər və digər metodlarla Azərbaycan hökümətinə təsir göstərilərək məsələnin üstünün ört-basdır edilməsinə çalışıldı. Hətta daha sonra İlham Əliyev öz qətiyyətli mövqeyini ortaya qoyduqdan sonra Rusiya hakimiyyəti müxtəlif metodlarla “qara qutunun” tərkibindəki informasiyanın dəyişdirilməsinə cəhd göstərdi. Digər tərəfdən Rusiya tərəfindən Braziliya, Amerika və London kimi dairələrin hava məkanına təsirlərin olması qeyri-mümkündür. London birbaşa olaraq sözügedən məsələyi izləyir, Azərbaycan və Qazaxıstanla davamlı olaraq əlaqələr saxlayır. Rəsmi Moskvanın qeyri-ciddi teleqram kanallarında guya mötəbər qaynaqlara istinad edərək de-şifrə olunan “Qara qutunun” içərisindəki məlumatları dəyişdirməyə çalışır. Qəzanın səbəbini araşdıran komissiyanın rəsmi olmayan mənbələrdən gətirilən versiyaları şərh etməmək arzusu da bununla əlaqədardır. Rusiyanın teleqram kanalları çox şey deyə bilər. “Qara qutunun” rəsmi məlumatları verilmədən Rusiya teleqram kanalları öz mötəbər mənbələrinə istinad edərək “Qara qutunu” de-şifrə edir. Ona görə də başda Azərbaycan Hava Yolları olmaqla yalnız rəsmi məlumatlara ümid edirik. Rusiyanın qəzanın başlıca səbəbkarı olduğunu boynuna alacağına və günahkarın cəzalandırılacağına inanırıq. Daha sonra təzminat digər məsələlər həllini tapacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol