Görünən odur ki, silahlar yenidən işə düşəcək - ŞƏRH
Yusif Nəzərli
11:54 20.08.2023
Aktual
416
"Araik Arutyunyan dünən qondarma “milis qüvvələri”, bu gün “ordu rəhbərləri” ilə görüşüb".
Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
Ekspert bildirib ki, əsas müzakirə Azərbaycana qarşı hansı addımları atmaq üzərində aparılır:
"BMT Təhlükəsizlik Şurasında istədikləri ala bilməyəndən sonra separatçıların “Azərbaycan ermənilərə soyqırımı edir” iddiasını “əsaslandırmaq” məqsədilə təxribat törədəcəyi, qarşıdurma yaratmaq istəyəcəyi gözləniləndir. Qarabağdakı qanunsuz silahlı qruplaşmaların döyüşə hazırlaşdığına dair yayılan məlumatlardan sonra Araikin qondarma “ordusu” ilə müzakirələr aparması bu kontekstdə diqqət çəkir. Buna paralel olaraq, Ermənistan sərhəddə də gərginliyi artıran gedişlər edir".
Analitikə görə, baş verənlər ermənilərin planlarına dair ehtimalları da önə çıxarır:
"Birincisi, Qarabağda təxribatlar başladığı vaxt sərhəddə də gərginlik yarana, Azərbaycana qarşı iki cəbhə aça bilərlər. İkincisi, Qarabağdakı qarşıdurmanı “ermənilərə soyqırımı”, sərhəddəkini isə “Ermənistana hücum” olaraq beynəlxalq müstəviyə çıxara, Bakıya qarşı təzyiqin edilməsinə nail olmağa çalışacaqlar. Çünki BMT TŞ-də nəticə əldə edə bilməsələr də, Ermənistan və separatçılar məsələni yenidən müzakirəyə çıxara biləcəklərini və istədiklərini alacaqlarını düşünürlər. Görünən odur ki, silahlar yenidən işə düşəcək. Azərbaycan ordusu separatçıların təxribat törədə biləcəyi atəş nöqtələri və mövqelərini məhv etməklə onları qabaqlaya da bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampın nümayəndələrinin Kiyevə səfəri hələ təsdiqlənməyib
20:02 17.08.2026
Dünya
Bu, Naxçıvanın iqtisadi xəritəsini dəyişə bilər - Şokri
19:48 17.08.2026
İqtisadiyyat
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial