
Güney Azərbaycanda ekoloji terror var
Yusif Nəzərli
08:38 22.08.2023
Aktual
649
Urmiya gölünün qurumasında İran prezidentlərinin çoxu günahkardır
İranın Qərbi Azərbaycan əyalətindəki dünyanın ən böyük duz göllərindən biri olan Urmiya gölünün quruması ilə bağlı cinayət işi başladılıb.
Bu barədə Qərbi Azərbaycan əyalətinin prokuroru Nəsir Atbati İRNA-ya açıqlama verib.
O, açıqlamasında Urmiya gölünün qurumasında əsas amil kimi, Urmiya ilə Təbriz şəhərlərini bir-birinə bağlayan keçid yolunun və suvarma sistemlərinin istifadəsinin doğru formada aparılmadığını bildirib.
Hüquq-mühafizə orqanları gölün quruması ilə bağlı cinayət işini araşdırmağa başlayıb.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən Orta Şərq Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, bu məsələ ilə bağlı başda Ayətullah Seyid Əli Xameneyi olmaqla 1990-cı ildən bu günümüzə qədər İranda prezident olmuş bütün şəxslər və onların prezdentliyi dövründəki hökumət üzvlərinin hamısı məsuliyyət daşıyır:

"Bu prezidetlərin hər biri hakimiyyətdə olduqları illər ərzində ölkə ərazisində quruyan çaylar, göllər məsələsinə biganə və savadsız şəkildə yanaşıblar. Ayətullah Seyid Əli Xameneyi və tabeçiliyində olan Nəzarət Şurası bu mövzudakı şikayətləri daim gözardı ediblər. İbrahim Rəisi 35 milyonluq Cənubi Azərbaycanlını və 80 milyonluq İran xalqını aldadaraq bildirirdi ki, guya Urmiya gölünə kanallar açılır və özü şəxsən bu kanalların açılışında iştirak edib. Həsən Ruhaninin dövründə ictimaiyyət və ayrı-ayrı ictimai fəallar Urmiya gölünün qurumasını tez-tez gündəmə gətirirdilər. Həsən Ruhani xalqa yalan vədlər verib, onların sakitləşməsini təmin etdikdən sonra, bu məsələni qaldıran adamları təqib və təzyiqlərə məruz qoyurdu. Məhəmməd Hatəminin dövründə də Mahmud Əhmədinejadın dövründə də eyni hadisələr təkrar olunurdu. Bu şəxslərin heç biri Urmiya gölünün qurumasının qarşısının alınması üçün bir İran realı belə ayırmayıblar".
S.Soltan həmçinin vurğulayıb ki, parlamentdə başda Urmiya gölü olmaqla göllərinin quruması ilə bağlı çıxışlar edən deputatlar öz həmkarları olan digər deputatlar tərəfindən lağa qoyulurdular. Həmin deputatlar göllərin qurumasını müsbət hal olaraq qiymətləndirir və bu sahədə İranın quru torpaqlarının sahəsinin artdığını qeyd edirdilər. İndi həm o deputatları, həm də gölün qurumasının yalnız quraqlıqla bağlı olduğunu, hökumətin bu məsələdə heç bir günahı olmadığını dilə gətirən komissiya üzvlərini də məsuliyyətə cəlb etmək lazımdır. Həmçinin gölün qurumaması istiqamətində müəyyən fəaliyyət göstərdikləri üçün cəzalandırılan, həbs olunan, cərimələnən insanlara bəraət verilməli və müəyyən təzminat ödənilməlidir: "Urmiya gölü İran ərazisində qurumuş yeganə coğrafi ərazi deyil. Əvvəllər də belə hallar dəfələrlə yaşanıb. Təbriz şəhəri yaxınlığında yerləşən Quru göl də eyni aqibətlə üzləşib. Ərdəbil şəhəri ərazisində yerləşən Balıqlı çay üzərində də müxtəlif istiqamətdə bəndlər salınıb. Bu coğrafi obyektlərin qurumasının səbəbi hakimiyyətin laqeydliyi və məsələyə savadsız şəkildə yanaşmasıdır. Mahmud Əhmədinejad prezident olduğu dövrlərdə açıqlamalarında Urmiya gölünün qurumasında günahkar ABŞ-ni göstərirdi. O, bildirirdi ki, Amerika Urmiya gölünün üzərində olan buludları topa tutaraq dağıdır və nəticədə gölə yağıntının qarşısını almış olur. Bu səbəblə də göl quruyur. İndiki hakimiyyət isə bu məsələdə qardaş Turkiyəni günahlandırır. Onlar bildirirlər ki, guya Türkiyə Araz çayından su vermir. İran hakimiyyəti özlərindən başqa hər kəsdə günah görür. Az qalır Allahı günahlandırsınlar".
"İran hökuməti əkin sahələrini suvarmaq üçün çayların, göllərin qarşısına böyük bəndlər qurub onların istiqamətini əkin sahələrinə doğru yönəldirlər. Bunu da çox savadsız şəkildə yerinə yetirdikləri üçün çay və göllərin qurumasının şahidi oluruq. İran hakimiyyətinin bu etdiyini ekoloji terror adlandırmaq olar. Onlar Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza, onların dilinə, mədəniyyətinə, tarixi irsinə qarşı necə mənəvi terrorla məşğuldursa, eləcə də ekologiyasına qarşı da terrorla məşğul olur", - deyə S.Soltan bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə
Donald Tramp: İranla müharibəni dayandırmağa tələsmirəm
15:44 17.08.2026
Dünya
Azərbaycanın dənli bitki ixracı 54%-ə yaxın artıb
15:20 17.08.2026
İqtisadiyyat
ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəldi
15:10 17.08.2026
Son dəqiqə
Ukrayna səfiri dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
15:03 17.08.2026
Siyasət
İran Omanla Hörmüz boğazı üzrə danışıqları davam etdirir
14:45 17.08.2026
Dünya