Gürcüstanda koronavirusa yoluxanların sayı 24 nəfərə yüksəlib


Gürcüstanda koronavirusa yoluxanların sayı 24 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Yeni yoluxma halı İtaliyadan qayıdan Gürcüstan vətəndaşında aşkar olunub.

Mərkəz rəhbərinin sözlərinə görə, hazırda ölkədə 298 nəfər karantində saxlanılır. Daha 46 nəfər stasionar müalicəyə cəlb olunub.

Qeyd edək ki, Gürcüstanda koronavirusa yoluxanlardan ikisi vəzifəli şəxsdir. Onlardan biri İqtisadiyyat nazirinin, digəri isə Kənd Təsərrüfatı nazirinin müavinidir.