İlham Əliyev Özbəkistan Senatının sədrini qəbul edib - YENİLƏNİB + FOTO
Yusif Nəzərli
11:46 30.06.2022
Aktual
418
İyunun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Tənzilə Narbayeva Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını və ən xoş arzularını Azərbaycan Prezidentinə çatdırıb.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şavkat Mirziyoyeva çatdırmağı xahiş edib.
Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinin nəticələrindən çox məmnun olduğunu vurğulayıb, göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib, səfərin çox məzmunlu olduğunu qeyd edib. Səfər zamanı razılaşdırıldığı kimi, aidiyyəti dövlət qurumlarına tapşırıqların verildiyini, əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün bu məsələlərin müntəzəm olaraq nəzarətdə saxlanılacağını deyib. Dövlətimizin başçısı səfərin ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin nə dərəcədə güclü olduğunu bir daha nümayiş etdirdiyini bildirib.
Bakıda keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin konfransının əhəmiyyətinə toxunan Prezident İlham Əliyev BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın vacibliyini vurğulayıb, hazırda Hərəkatın təsisatlanması istiqamətində Azərbaycan tərəfindən bir sıra təşəbbüslərin həyata keçirildiyini qeyd edib.
Tənzilə Narbayeva Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərinin Prezident Şavkat Mirziyoyevə və Özbəkistan xalqına dərin təəssürat hissi bağışladığını xüsusi olaraq vurğulayıb. Bu səfərin nəticəsi olaraq Özbəkistan rəhbərliyi tərəfindən müvafiq qurumlara göstərişlərin verildiyini bildirib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edən Tənzilə Narbayeva Ulu Öndərin Özbəkistan ilə Azərbaycan arasında dostluq əlaqələrinin inkişafına böyük töhfə verdiyini qeyd edib, Prezident İlham Əliyevin onun siyasətini uğurla davam etdirdiyini deyib.
Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını qeyd edən Özbəkistan Senatının sədri ölkəmizə səfəri çərçivəsində Şuşaya gedəcəklərini vurğulayıb. Qonaq bu gün Azərbaycanın dünyada siyasi, iqtisadi və humanitar xarakterli tədbirlərin keçirildiyi məkana çevrildiyini qeyd edib.
Tənzilə Narbayeva Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının müvəffəqiyyətlə keçirildiyini deyərək bu tədbirə dəvətə görə təşəkkürünü bildirib. O, bu tədbirin keçirilməsi ilə bağlı təşəbbüsün müəllifinin məhz Prezident İlham Əliyev olduğunu xüsusi vurğulayıb, Azərbaycanın çox səmərəli şəkildə Hərəkata sədrlik etdiyini söyləyib.
Söhbət zamanı ölkələrimiz arasında parlamentlərarası əlaqələrin vacibliyi qeyd olunub. Parlamentlərin dövlət başçıları tərəfindən əldə olunmuş razılaşmaların həyata keçirilməsi prosesinə dəstək verəcəyi xüsusi vurğulanıb.
Qonaq ölkəmizə hər səfərlərində Bakıda böyük inkişaf proseslərinin şahidi olduqlarını bildirib.
12:50
İyunun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı qəbul edib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yadplanetlilər Yerə enir?
07:51 16.11.2026
Maraqlı
Payızda bu 2 qida mütləq yeyilməlidir
07:17 16.11.2026
Sağlamlıq
ABŞ-ın daha bir aviadaşıyıcısı Yaxın Şərqə gəlir
06:42 16.11.2026
Aktual
Serial eşqi gerçək oldu
03:33 16.11.2026
Şou
Qanınızı qatılaşdıran 2 əsas səbəb
02:56 16.11.2026
Sağlamlıq
Hörmüz boğazında tanker minaya düşüb
01:59 16.11.2026
Son dəqiqə
Saakaşvili milli komandanı dəstəkləməyəcək - Səbəb
01:40 16.11.2026
Aktual
İran XİN: ABŞ-nin Tehranın şərtlərinə cavabı praktik deyil
00:37 16.11.2026
Region
KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
00:16 16.11.2026
Aktual
Çexiyada son 40 ilin ən böyük etirazı...
23:33 15.11.2026
Dünya
Xırdalanda güclü külək 7 avtomobilə ziyan vurub
23:15 15.11.2026
Hadisə
Husilər Ər-Riyadda hava limanını hədəfə aldıqlarını açıqlayıblar
22:56 15.11.2026
Gündəm
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi