İnsanların bank hesabından pul oğurladı: Ələ keçdi

Salyanda bank hesabından pul oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az -a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini T.Abbasova sentyabrın 4-də bank hesabından 176 manatının çıxarılaraq oğurlandığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qarabağlı kənd sakini R.Zalıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun 2018-ci ilin iyul ayından cari il sentyabrın 9-dək olan müddətdə atasının bank hesabından 1300 manat çıxararaq oğurlaması da müəyyən edilib.