İran Qarabağa 14 nəfərlik terror-diversiya qrupu göndərdi - Deşifrə olundu! - TƏHLİL
Yusif Nəzərli
14:00 02.12.2022
Aktual
387
Qarabağda müvəqqəti məskunlaşmış Rusiya sülhməramlılar8 mandatlarına zidd olaraq 14 xarici ölkə vətəndaşının Azərbaycan ərazisinə keçidinə göz yumub. Həmin xarici ölkə vətəndaşlarının Qarabağ ərazisinə qanunsuz gəlişi ilə bağlı yeni məlumatlar əldə edilib.
Məlumata görə, Qarabağ ərazisinə buraxılan 14 nəfər İran İslam Respublikasının vətəndaşlarıdır. Onlar noyabrın 24-ü günorta saat 13-14 radələrində eyni avtomobildə sülhməramlıların postunu keçərək Xankəndiyə gəliblər və hazırda da ordadılar.
İranlıların postu keçdikləri “Mersedes-Benz” avtomobilinin seriya nömrəsi 34-QA-444-dür.
Qanunsuz olaraq Azərbaycan ərazisinə keçmiş İran vətəndaşlarının kimliyini də tezliklə açıqlamağa çalışacağıq.
Qəribədir ki, 14 nəfərdən 12-si İranın eyni bölgəsindən- ölkənin cənub-qərbindəki İzeh şəhərindəndir. Qeyd edək ki, İzehin daxil olduğu Xuzistan vilayətinin əhalisi arasında ermənilər çoxluq təşkil edir və burada əsas işlək dillər arasında erməni dili də var.
Bəs bu 14 nəfərlik qrupun səfər məqsədi nədir?
Məlumata görə, iranlılar rusiyalı sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərdə özünü çox rahat hiss edən qanunsuz terrorçu dəstələrə terror-diversiya təlimləri keçmək və konkret diversiyalar hazırlamaq üçün göndərilib. Bundan başqa, onların Qarabağda qalmış terrorçu dəstələrə İran istehsalı olan silah-sursatdan istifadə üçün təlim keçə biləcəyi də deyilir.
Bu şəxslərin İranın xüsusi-xidmət orqanlarının əməkdaşları olduğu şübhə doğurmur- 14 nəfərdən 12-sinin İzeh şəhərindən olması da təsadüfi deyil. Bəzi məlumatlara görə, bu şəhərdə İran xüsusi xidmət orqanlarının terror-diversiya üzrə ixtisaslaşan məxfi bazası yerləşir.
Görünür 44 günlük müharibənin nəticələrini hələ də qəbul edə bilməyən və regionda nüfuzunu itirməkdə davam edən Tehran rejimi hazırda rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan ərazini terror məkanına çevirmək planı üzərində işləyir.
Yəqin ki rəsmi Bakının bu məsələyə sərt reaksiyası özünü çox gözlətməyəcək. İran tərəfi ən qısa zamanda məsələyə aydınlıq gətirməlidir - onlar gizli yolla Azərbaycan ərazisinə nə məqsədlə gəliblər, onları kim göndərib və missiyaları nədən ibarətdir?
Rusiya sülhməramlıları isə bir daha göstərdilər ki, müvəqqəti nəzarət etdiyi əraziyə, əslində, ümumiyyətlə “nəzarət etmirlər”. Öz işini hər gün Azərbaycan toponimlərini təhrif edərək mənasız və boş açıqlamalar yaymaqla bitmiş hesab edən sülhməramlılardan ən sərt şəkildə izahat tələb etməyin vaxtı çoxdan çatıb.
Siyasi şərhçi Turab Rzayev
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm