İran təxribatçıları təlim üçün Xankəndinə gəlir, ruslar “göz yumur” – Laçın dəhlizinə nəzarət...
Yusif Nəzərli
12:09 02.12.2022
Aktual
548
"Orada Azərbaycan gömrük postu, miqrasiya və sərhəd xidməti yerləşməlidir”
“Biz demirik dəhliz bağlansın. Amma Azərbaycanın nəzarəti olmalıdır”
Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bugünkü plenar iclasında çıxış edib. Parlament üzvü qeyd edib ki, Azərbaycan Laçın dəhlizində öz postunu yaratmalıdır:
“Qarabağda bu gün fəaliyyət göstərən sülhməramlı qüvvələr, onun komandanı elə bir cəsarət sahibi deyil ki, özbaşına hərəkət etsin. O, bütün təlimatları Rusiyanın hərbi-siyasi rəhbərliyindən alır. Azərbaycanın təbii sərvətləri daşınır, onun əvəzində isə Azərbaycan ərazisinə - Qarabağa silahlar gətirilir. Bunu edənlər kimdir? Erməni speratçıları, erməni faşistləri. Bunu himayə edənlər kimlərdir? Azərbaycanın ərazisində müvəqqəti fəaliyyət göstərən sülhməramlı qüvvələr var... Əslində onlar sülhməramlı deyil, onlar erməniyanlı, ermənipərəst qüvvələrdir. Biz heç bir tərəddüd etmədən Laçın dəhlizində öz nəzarət postumuzu yaratmalıyıq. Mətbuatdan bəlli olur ki, İrandan dünən 14 nəfər şəxsiyyəti, əməli, niyyəti olan olmayan şəxslər gəlib Xankəndinə. Ehtimallar var ki, bunlar İranın xüsusi xidmət orqanlarının əməkdaşlarıdır. Bunlar nəyə görə gəliblər?”
Laçın dəhlizinə nəzarətin əldə edilməsinin vacib olduğunu deyən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a vurğulayıb ki, bu indilik ən azından Rusiya ilə ikili şəkildə hayata keçirilməlidir:
"Orada Azərbaycan gömrük postu, miqrasiya və sərhəd xidməti yerləşməlidir. Biz demirik dəhliz bağlansın. Amma Azərbaycanın nəzarəti olmalıdır. Elə bu gün 14 nəfər İran təxribatçısının Qarabağa ermənilərə təlim vermək üçün gəldiyi məlum olub. Onlar xüsusi məşq toplantıları keçirərək, həm silahlı, həm də silahsız döyüşü tədris edirdilər. Həmin 14 nəfərin 12- i isə Əhvaz vilayətindədir. Əhvaz şəhərində erməni dili də istifadə olunur.
Çünki ora ermənilərin məskunlaşdığı yerdir və İran kəşfiyyatının təlim məşq bazalarından biri də bu şəhərdə yerləşir. Əhvazın eyni zamanda İranın neft sənayesinin mərkəzi olduğunu nəzərə alsaq, Azərbaycanın neft sənayesinə qarşı hansısa təxribatlar da nəzərdə tutula bilər. Burada da sülhməramlılar necə olub 14 nəfər xarici vətəndaşı buraxıb ki, onlar Xankəndində ermənilərə təlimat keçir sualı yaranır. Həmçinin İran da bunlara görə tutarlı cavab verməlidir.
Ümumiyyətlə, bu cür təxribatların gələcəkdə olmaması üçün, sərhəddə nəzarət məntəqəsi yardılmalıdır. Əks halda biz belə hadisələrin çox şahidi olacağıq. Oradan gah silahlar, gah təxribatçı qrup, gah da texnika keçirilir.
Bununla bağlı müraciətlərimizə baxmayaraq, İran və Rusiya tərəfindən heç bir rəsmi qurum cavab vermir. Rus sülhməramlıları isə işlərini yerinə yetirmək əvəzinə toponim oyunu oynamaqla məşğuldur. Əgər öhdəliklərini yerinə yetirə bilmirlərsə, nəzarəti Azərbaycan tərəfinə verməlidirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm