Son xəbərlər

İsrail Qəzzanı bombalayıb, 16 nəfər həlak olub

İsrail ordusunun Qəzza şəhərində yaşayış evini bombalaması nəticəsində azı 16 nəfər həlak olub.

APA "Al Jazeera"ya istinadən xəbər verir ki, şəhərin Əl-Səbra məhəlləsində yerləşən evin bombalanması nəticəsində daha onlarla mülki şəxsin yaralandığı bildirilir.
Məlumata görə, həlak olanların əksəriyyəti qadınlar və uşaqlardır.