Koronavirus riskini artırır : İnsanların ən azı 54 faizi cib telefonlarını tualetə aparır


Mütəxəssislər, əlləri gündə bir neçə dəfə ən azı 20 saniyə yaxalamağı tövsiyə edirlər. Ancaq insanların yarısından çoxunun paylaşdığı pis bir vərdiş bütün bu səyləri qulaqardına vura bilər.

Jellybean marketinq agentliyinin apardığı bir araşdırmaya görə, insanların ən az 54 faizi cib telefonlarını tualetə aparır. Elm adamları hesab edir ki, koronavirus COVID-19 cib telefonunun ekranındakı plastik, metal və ya şüşə kimi sərt səthlərdə  doqquz saat və ya daha çox müddətdə yaşaya bilirlər. 
"Əllərinizi yuyursunuz, ancaq smartfonunuzun ekranına və sonra üzünüzə toxunduranda  potensial bir yoluxma üçün şərait yaradırsınız" deyə Sauthempton Universitetinin professoru William Keevil  bildirib. 

Turan