Korrupsioner məmurların “ovu”: Kökləri dərindir və kəsilməlidir
Fidan Həmişəyeva
15:51 09.03.2021
Aktual
943
Naxçıvan Muxtar Respublikasında iki məmur həbs edilib. Onlardan biri sabiq daxili işlər naziri Əhməd Əhmədovdur. Onun nədə ittiham olunması barədə hələlik məlumat yoxdur. Digər məmur isə Naxçıvan MR-in sabiq Təhsil naziri Məmməd Qəribovdur. Onun külli miqdarda dövlət vəsaitini mənimsəmədə ittiham olunduğu bildirilir.
Barəsində cinayət işi açılan məmurlardan digəri isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağcabədi rayon filialında müavinət sektorunun baş məsləhətçisi vəzifəsində işləmiş Fariz Bayramovdur. Aparılmış istintaq zamanı F.Bayramovun xidməti vəzifəsinin icrası ilə əlaqədar 2018-2020-ci illər ərzində ünvanlı dövlət sosial yardımın təyin olunması prosesində vəzifəsindən sui-istifadə etdiyinə dair şübhələr yaranıb.
Məhz Prezidentin iradəsilə keçirilən köklü islahatlar və ölkə başçısının korrupsiya, rüşvətlə məşğul olan məmurlara sərt xəbərdarlıqları hər kəsə məlumdur. Cənab Prezident hər zaman məmurların xalqa xidmət etməli olduqlarını xüsusilə vurğulayıb. Bu günə qədər korrupsiya və digər qanunsuz əməllərdə ifşa olunan çoxsaylı məmurun həbsini görmüşük. Həbslərin ardı-arası kəsilməsə də, məmur özbaşınalıqları bitmək bilmir.
Prosesləri “Sherg.az”a dəyərləndirən Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı söyləyib ki, cəmiyyətdə ayrı-ayrı adamların vəzifədən getməsi ilə ümumi vəziyyət dəyişilmirsə, deməli, məmur özbaşınalıqları və oğurluqlarının daha dərin kökləri var:
“Müəyyən adamların şəxsi keyfiyyətlərindən çox şey asılıdır. Bəzən ən çətin sahəyə istedadlı biri gəlir və həmin sahəni asanlaşdırır, müsbət nəticələr əldə edilir. Lakin məmurlar bir-birinin arxasınca vəzifədən çıxarılırsa, onların yerinə gələnlər də eyni davranışı sərgiləyirsə, deməli, hansısa ənənədən gələn neqativ proseslər var. Ya da ümumiyyətlə, idarəetmə sistemində çatışmazlıqlar mövcuddur”.
S.Rüstəmxanlının fikrincə, kadr islahatı ilə yanaşı icra hakimiyyətlərinin özündə də dəyişikliklər aparılmalıdır:
“Elə islahatlar olmalıdır ki, xüsusilə dövlət mülkiyyətini oğurlamağa imkan qalmasın. Şübhəsiz ki, son illər bir sıra idarələrdə xeyli kadr dəyişikliyi baş verib. Gənc kadrlar əvvəlkilərə nisbətən rüşvətə meyilli deyillər. Ona görə də bir sıra sahələrdə irəliləyiş var. Amma hələ çox iş görülməlidir. Həm kadrlar dəyişilməli, həm də idarəetmə sisteminin özündə müəyyən islahatlar aparılmalıdır. Özünü doğrultmayan icra mexanizmlərindən əl çəkmək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat