Kreml gözləntiləri qarşılaya bilmədi - Türk general
Yusif Nəzərli
11:01 25.08.2023
Aktual
578
Ermənistanın baş naziri Nikol Paşinyan rus sülhməramlılarını bölgədən çıxarmaq, onlardan xilas olmaq istəyir.
Bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb.
Bildirilib ki, o, dünən hökumətin iclasında Laçın dəhlizinin birtərəfli qaydada açılacağı, Qarabağa çıxışa icazə verilməsi barədə mötəbər mənbələrdən məlumat aldığını söyləyib:
"Paşinyan bildirib ki, Qarabağa girməyə icazə verilməyəcək. Qarabağdakı mənbələrimizin sözlərinə görə, bu iddialar çoxdan var və birbaşa Paşinyanın sülhməramlılardan xilas olmasına xidmət edir".
Nəşrin yazdığına görə, Qarabağdakı sülhməramlılar da bu plandan xəbərdardırlar.
Qəzetdə vurğulanıb ki, Paşinyan artıq siyasətlə məşğul olsa da, hələ də jurnalistlik fəaliyyətindən əl çəkməyib və mötəbər mənbələrdən məlumat alır.
Məsələyə münasibət bildirən Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz "Sherg.az"a açıqlamasında deyib ki, Paşinyanın üçtərəfli sazişdən sonra beştərəfli siyasət yürüdür:
"Bunlar Moskva, Brüssel, Vaşinqton, Bakı və Ankara xətləridir. O, sözügedən beş mərkəzdə fərqli siyasət formalaşdırmağa çalışır. Yəni bir tərəfdən əli üzüləndə digər tərəfə yönəlir. Ümumiyyətlə Azərbaycanın haqq davası olan Qarabağ məsələsi Böyük Vətən müharibəsi zamanı həll edilib. Ancaq Ermənistan tərəfi son çırpınışla "nə əldə etsəm qənimətdir" deyərək çoxtərəfli siyasət izləyir.
Təbii ki, Ermənistanın Rusiyadan gözləntiləri böyük idi. Amma Kreml onların gözləntilərini qarşılıya bilmədi. Halbuki rus sülhməramlıları müvəqqəti yerləşdiyi ərazilərdə bitərəf qalmayıb. Buna rəğmən ermənilər vəziyyətdən razı deyillər. Çünki bu günə qədər kimlərinsə tərəfindən müdafiə və idarə olunmağa öyrəşiblər".
Y.Karauz əlavə edib ki, rus sülhməramlılarının fəaliyyəti artıq Ermənistan tərəfini qane etmir:
"Bunun səbəbi isə rəsmi Vaşinqton və Brüsselin Rusiyanı proseslərdən kənarlaşdırmaq üçün Paşinyanın qulağına üfləməsidir. Yəni Qərb problemi həll edilməz vəziyyətə gətirmək, Rusiyanın sülhməramlılarını Qarabağdan çıxarmaq və öz güclərini gətirərək prosesi 100 il daha uzatmaq niyyətindədir. Bu plan isə Ermənistan Rusiya münasibətlərini daha da pisləşdirəcək. Hətta rəsmi İrəvanı meydanda tək qoya bilər. Düzdür, Kremlin özü də yaxşı vəziyyətdə deyil. Ancaq unutmamalıyıq ki, Ermənistanda Rusiyanın böyük hərbi bazası var və sərhədlərini rus əsgərləri qoruyur. Bu kontekstdən yanaşdıqda isə deyə bilər ki, Paşinyanın Rusiya ilə rəqs etməsi heç də yaxşı nəticə verməyəcək. Rəsmi İrəvanın 5 tərəfli siyasət xəttini dayandırıb Bakı mərkəzli sülhə yönəlik addımlar atması yeganə çıxış yoludur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya