Laçında terrorçulara yol olmayacaq - Bakı qərarlıdır
Laçında terrorçulara yol olmayacaq - Bakı qərarlıdır
Yusif Nəzərli
08:30 10.08.2023
Aktual
536
İrəvanda keçirilən aksiya ilə Paşinyan hökumətinə təzyiq göstərmək istəyirlər, amma mənasızdır
Azərbaycana qarşı işğalçı müharibənin bir qrup iştirakçısı və hərbi cinayətkarlar Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçiriblər. Təxribatçılar Ermənistan hakimiyyətindən "Laçın yolunun açılması" üçün addımlar atmağı tələb edib, lazım gələrsə, hökumətin onları silahlandırmasını istəyiblər. Aksiyada “Səlibçilər” adlı terror qruplaşmasının rəhbəri Sərkis Poqosyan da iştirak edib. O deyib ki, Ermənistan TIR-ları Qarabağa daxil olmazsa, Laçın yolunu müharibə ilə də açmağa hazırdırlar. Məlumat üçün bildirək ki, Ermənistan rəhbərliyi Azərbaycan hökumətinin icazəsi olmadan Qarabağ ermənilərinə “humanitar yardım” göndərmək barədə qərar qəbul edib və yük maşınlarını yola salıb. Amma Azərbaycan təxribata və qarşıdurmanı körükləməyə xidmət edən addımın atılmasına icazə verməyib. Yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolu təklif edilib. Qarşı tərəf isə öz təxribatçı məqsədinə nail olmaq üçün bundan imtina edir. Separatçılara “yardım” gətirən TIR-lar günlərdir sərhəddə gözləyir. Laçın yoluna gəlincə, bu yol humanitar məqsədlər üçün daim açıqdır. Ermənilərin arzusu isə bu yoldan əvvəllər olduğu kimi, Azərbaycan ərazilərinə sərbəst şəkildə silah-sursat və qüvvə daşımağa nail olmaqdır.
Azad Vətən Partiyasının sədri Akif Nağı "Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistan heç vaxt öz ağlı, iradəsi ilə hərəkət etməyib və hər zaman kənar güclər tərəfindən idarə olunub. Partiya rəhbərinin sözlərinə görə, bu gün də həmin asılı siyasət davam etdirilir: "Qarabağda bir neçə dəfə "yürüş", "aksiya" keçirən separatçı ünsürlərin hay-küyü faydasız oldu. Bunu görən Ermənistandakı revanşistlər Qarabağdakı separatçılara dəstək üçün hökumətə etiraz aksiyaları təşkil etdilər. Ancaq özləri də yaxşı bilir ki, belə aksiyalar rəsmi Bakının haqlı və prinsipial mövqeyində heç bir dəyişikliyə səbəb olmayacaq. Azərbaycan hökuməti öz mövqeyində qətidir. Dünyaya, beynəlxalq təşkilatlara video-görüntülərlə sübut edirik ki, Laçın yolu açıqdır və ermənilər oradan sərbəst istifadə edirlər. Bu yol terrorçuların, təxribatçıların üzünə qapalıdır. Erməni tərəfinin "Laçın yolu blokadadır" iddiası uydurmadır, yalandır. Kim tələb edə bilər ki, yolu terrorçular və təxribatçılar üçün açaq?! Bəzi ölkələrin və təşkilatların qərəzli bəyanatları əhəmiyyətsizdir.
“Səlibçilər” adlı terror qruplaşmasının üzvləri aksiya keçirməklə özlərini ifşa edirlər. "Səlibçi" dünyada kütləvi qırğınlar törədənlərə verilən addır. Bu hərəkat nəinki müsəlman, heç xristian dünyasında da qəbul olunmur. Xristian dünyası "səlib" yürüşlərini utanaraq, xəcalət çəkərək xatırlayır. Uğursuzluğa və fəlakətlərə düçar olmuş bir hərəkatı təbliğ edən erməni toplumundan nə gözləmək olar?".
A.Nağı vurğulayıb ki, İrəvanda hökumət evi qarşısında keçirilən aksiyaların əsas məqsədlərindən biri Ermənistan daxilində onsuz da mövcud olan gərginliyi daha da artırmaqdır: "Nikol Paşinyan hökumətinə təzyiq göstərmək istəyirlər. Hətta ola bilər ki, məqsədləri hakimiyyəti devirməkdir. Özlərini "ermənilərin haqqını müdafiə edən" qruplaşma kimi təqdim edən qaniçən terror təşkilatının üzvləri Ermənistanda qarşıdurma, qarışıqlıq yaratmaq niyyəti güdürlər. Bu da Rusiyanın sifarişi ilə həyata keçirilir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Venesuelada birhəftəlik matəm elan edildi
23:56 01.07.2026
Dünya
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi