Lavrov: “Azərbaycan və Ermənistan liderlərinin Praqa razılaşması mühüm əhəmiyyət kəsb edir”
Lavrov: “Azərbaycan və Ermənistan liderlərinin Praqa razılaşması mühüm əhəmiyyət kəsb edir”
Yusif Nəzərli
13:05 05.12.2022
Aktual
369
“Praqada keçirilən görüşdə Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş razılaşmalar mühüm əhəmiyyət kəsb edir”.
“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
“Biz hələ də tərəflərə kömək etməyə hazırıq, fundamental məsələlərlə bağlı qərar qəbul etmək vacibdir. Praqada dövlət başçıları arasında əldə olunmuş razılaşmalar mühüm əhəmiyyət kəsb edir. Onlar bütün problemləri BMT Nizamnaməsini və Alma-Ata Bəyannaməsini rəhbər tutaraq həll etmək niyyətində olduqlarını qeyd ediblər”, - Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
XİN başçısı jurnalistlərə rəsmi Moskvanın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması layihəsi barədə də danışıb:
“Moskva layihəsi çoxdan, bu ilin əvvəlində hazırlanıb və Rusiyanın ümumi baza tapmağa kömək etmək istəyinin göstəricisi kimi tərəflərə təhvil verilib. Layihə hər iki dövlət tərəfindən müsbət qarşılanıb. İndiyədək Azərbaycan tərəfindən beş prinsip təklif olunub, sonra Paşinyanın bu prinsiplərə reaksiyası gəldi”.
S.Lavrov onu da əlavə edib ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqton görüşü zamanı Azərbaycan tərəfi mümkün sənədin növbəti variantını təqdim edib, ABŞ paytaxtından qayıtdıqdan sonra isə Ermənistan nümayəndələri əks təkliflərini təqdim ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm