Milli Məclisdə Paris “partladıldı”: “Fransa, həddini aşma”
Yusif Nəzərli
08:03 02.12.2022
Aktual
405
“Fransa Milli Assambleyası yenə Senatın qətnaməsini kopiyalayıb”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Ziyafət Əsgərov deyib.
O, məsələ ilə bağlı Fransa Xarici İşlər Nazirliyinin mövqeyini riyakarlıq adlandırıb.
“Fransa xarici işlər naziri qeyd edib ki, Senat və Assambleya Fransa hakimiyyətinin ayrı qoludur və Parisin mövqeyini əks etdirmir. Bu qədər ikiüzlülük, bu qədər riyakarlıq olar? Bu qətnamədə yenə “Dağlıq Qarabağ” yazırlar. Orada Ermənistan abidələrinin qorunmasından danışırlar.
Hansı erməni abidələrindən danışılır? Hamısı Azərbaycan abidəsidir. Bu günə qədər Fransa 5 respublika yaradıb, amma içini qura bilməyib. Fransa niyə qoymur ki, Azərbaycan və Ermənistan arasında sülh yaradılsın, niyyəti nədir? Bilin və agah olun, Fransa, həddinizi aşmayın, Qarabağ Azərbaycandır!”
Millət vəkili bildirib ki, Fransa tarix boyu müstəmləkəçilik siyasəti aparıb. “Fransa Vyetnamdan tutmuş, Afrikaya qədər müstəmləkçilik siyasəti həyata keçirib. Bu gün də Afrikanın 14 ölkəsi Fransaya vergi verir. Fransa deyir ki, sizə müstəqillik vermişik, dilimizdən, təhsil sistemimizdən istifadə edirsiniz. Buna görə də həmin ölkələrdən vergi alırlar”, - deyə o əlavə edib.
Xatırladaq ki, Fransa Senatı 2022-сi il noyabrın 30-da Azərbaycana qarşı qətnamə qəbul edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm