Mina xəritələrinin dəqiqliyi sual altındadır? – “Son sözü ANAMA deyəcək”
Mina xəritələrinin dəqiqliyi sual altındadır? – “Son sözü ANAMA deyəcək”
Yusif Nəzərli
10:48 06.12.2021
Aktual
729
Xəbər veridyimiz kimi, dekabrın 4-də Azərbaycan humanizm prinsiplərini əsas tutaraq 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verdi. Nəticədə işğaldan azad olunan digər ərazilərin mina xəritələrini əldə edə bildi. Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə Ermənistana təhvil verilən şəxslər 16 noyabr 2021-ci il tarixində işğalçı ölkənin silahli qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılıblar. Azərbaycan Respublikası bir müddət öncə 26 noyabr 2021-ci il tarixində erməni əsilli bir mülki şəxsi və bir hərbi qulluqçunun Ermənistan tərəfinə təhvil verilməsini təmin edib.
Demək olar ki, işğaldan azad edilən bütün minalı ərazilərin xəritələri artıq əlimizdədir, lakin onların dəqiqliyinin əvvəlkində yaxşı olduğunu düşünə bilmərik. Dəqiqlik barədə son sözü yəqin ki, yaxın günlərdə Silahlı Qüvvələrin mühəndis xidmətləri və ANAMA deyəcək.
Mina xəritələrinin qaytarılmasını “Sherg.az”a dəyərləndirən hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, Vətən müharibəsinin başa çatmasından 13 ay keçməsinə baxmayaraq hələ də Azərbaycan vətəndaşları Ermənistanın ərazilərimizdə basdırdığı minalarda sağlamlığını və ya həyatını itirməkdə davam edir:
“Bir neçə dəfə İrəvan Azərbaycana mina xəritələrini təqdim etsə də, bu günə qədər onların böyük əksəriyyəti Ermənistan Müdafiə Nazirliyinin Mühəndis qoşunlarının arxivində saxlanılırdı. Əvvəl təqdim edilən 3 rayonun xəritələrin cəmi 25 faiz dəqiq olması isə daha geniş araşdırma tələb edən mövzulardan biridir. Ermənistan hökuməti dəqiq xəritələrə malik olduğunu etiraf etsə də, bu xəritələri Azərbaycana verməməklə bu məsələni siyasi şantaj predmetinə çevirirdi. Bu isə Ermənistanda terrorizmin dövlət səviyyəsində dəstəkləndiyi deməkdir. İstənilən halda minalarda həlak olan və ya sağlamlığını itirən vətəndaşlara görə Ermənistan cavabdehlik daşıyır. Bu məsələ dəfələrlə müxtəlif platformalarda müzakirə edilsə də, rəsmi İrəvan minalı ərazilərin dəqiq xəritələrini bu günə qədər Azərbaycana verməkdən imtina etməklə rəsmi Bakının səbr kasasını daşırmağa çalışırdı.
ANAMA-nın təqdim etdiyi statistik təhlil göstərir ki, mina hadisələrinin 51 faizi azad edilmiş ərazilərə qanunsuz daxil olma zamanı, 26 faizi təmizlənmiş ərazidən kənara çıxma hallarında baş verib. Ərazilər azad edildikdən sonra mülki şəxslər arasında 73 nəfər mina hadisələrinin qurbanı olub, onlardan 49 nəfəri yaralanıb, 24 nəfəri isə həlak olub”.
Ekspert diqqətə çatdırıb ki, Ermənistanın işğal dövründə Azərbaycn ərazilərini “mina tarlasına” çevirməsi, son 13 ayda isə bu xəritələri siyasi şantaj predmeti kimi istifadə etməsi terrorizmin təzahürü kimi dəyərləndirilməlidir:
“Ermənistan tərəfindən Azərbaycana qarşı davam edən mina terroru, əslində erməni terrorizminin yeni formasıdır. Ermənistanın hazırda Azərbaycana qarşı həyata keçirdiyi mina terroru yeni bir hadisə deyil. Bütün dünyaya məlumdur ki, Ermənistan ilk dəfə ərazi iddiaları irəli sürdüyü dövrdə də Azərbaycana və Türkiyəyə qarşı yüzlərlə terror aktı törədib. Odur ki, Beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycan və onun vətəndaşlarına qarşı qəddarcasına davam etdirilən mina terroruna biganə qalmamalıdırlar”.
Ə.Verdiyev diqqətə çatdırıb ki, dekabrın 4-də Azərbaycan humanizm prinsiplərini əsas tutaraq 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verməklə işğaldan azad olunan digər ərazilərin mina xəritələrini Ermənistandan əldə edə bildi:
“Bu, Ermənistanı “mina terrorunun memarı” titulundan xilas edə bilməz.
İstənilən halda Ermənistanın işğal dövründə Azərbaycan ərazilərinə basdırdığı minalar vətəndaşlarımızın doğma yurd-yuvalarına qayıltmasına mane olmaq məqsədilə həyata keçirilib. Ermənistan xəritəni təqdim etsədə, böyük məbləğdə vəsait tələb edən minatəmizləməni Azərbaycan öz vəsaiti hesabına həyata keçirir. Minaların qurbanları isə daha çox dinc sakinlərdir. Əgər bu xəritələrdə qeyri-dəqiq olarsa, deməli döyüş meydanında məğlub olan Ermənistanın dinc sakinlərə qarşı müharibəni hələ də davam etdirir.
Belə olan halda mövcud faktlar əsasında Ermənistanın məsliyyət daşıması üçün hüquqi prosedurlara başlamalıyıq, həlak olanların ailələrinə və yaralananlara ödəniləcək kompensasiya ilə bərabər minaların təmizlənməsinə xərclənən vəsaiti də Ermənistandan geri tələb etməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm