Mövzular çox aktualdır


Qlobal Bakı Forumu Azərbaycanın dünya üçün əhəmiyyətli bir tərəfdaş olduğunu göstərdi


     “IX Qlobal Bakı Forumu dünya nizamında baş verən proseslərə baxış baxımından böyük əhəmiyyətə malikdir”. Bu sözləri millət vəkili Azər Badamov deyib. Deputat bildirib ki, dünya heç vaxt olmadığı qədər qlobal təhdidlərlə qarşılaşıb: “İqlim dəyişiklikləri və qlobal pandemiyanın buraxdığı mənfi izlər baş verən müharibələr fonunda daha da dərinləşib. Forumda iştirak edən 50-dən çox ölkəni təmsil edən 400-ə yaxın nümayəndəsi Bakıda dünyanı narahat edən mühüm məsələləri müzakirə edirlər.

Forumun mövzusu bu gün daha çox aktualdı. Dünyanın yaxınlaşdığı ərzaq böhranı, enerji resursları sahəsində yaranmış qlobal baxışlar və müharibələrin dialoq müstəvisinə keçirilməsi üçün yolların araşdırılması baxımından Bakı Forumu əvəzolunmaz beynəlxalq platformaya çevrilib.

 Prezident İlham Əliyev qlobal sülhün tərkib hissəsi olan Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin formalaşmasının vacibliyi ətrafında təşəbbüsləri ilə forum iştirakçılarını məlumatlandırıb. Qlobal problemlərin aradan qaldırılmasında birgə səylərin göstərilməsinin vacibliyini qeyd edib. 

Qlobal Bakı Forumu Azərbaycanın dünya üçün əhəmiyyətli bir tərəfdaş olduğunu özünü təqdim etməyimizə imkan verməklə yanaşı öz sözümüzün də dünyaya çatdırılması baxımından çox böyük əhəmiyyətli beynəlxalq platforma olduğunu hesab edirəm”.