Narkotik asılısının silah daşıması təhlükəlidir
Yusif Nəzərli
00:40 07.04.2022
Aktual
669
Hərbçilərin icbari narkoloji müayinədən keçirilməsi təqdir olunmalıdır
Azərbaycanda hərbi qulluqçular ildə bir dəfədən az olmayaraq icbari narkoloji müayinədən keçiriləcək. Bu dəyişiklikləri özündə ehtiva edən müvafiq təkliflər parlamentin ötən iclasında I oxunuşda müzakirəyə çıxarılıb. Dəyişikliklər narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədilə hazırlanıb.
“Narkoloji xidmət və nəzarət haqqında” qanuna təklif edilən yeni - 24.4-cü maddədə müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin, həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanların və kadr zabit heyətinə könüllü daxil olanların icbari narkoloji müayinədən keçməsi məsələlərinin hüquqi əsasları müəyyən olunub.
Bu şəxslərin icbari narkoloji müayinədən keçməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Qanun qəbul ediləcəyi təqdirdə 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək.
Dəyişiklikləri “Şərq”ə şərh edən hərbi ekspert Azad İsazadə Azərbaycanda belə bir təcrübənin olduğunu deyib. Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları ildə bir dəfə narkoloji müayinədən keçirilir. Müayinə zamanı da bir neçə nəfərin sidiyində narkotik maddə elementləri çıxdığına görə vəzifədən azad edilir. İctimai nəqliyyatın sürücülərinin də il ərzində narkotik maddə istifadəçisi olub-olmadığını müəyyənləşdirmək üçün test edirlər.
Sözügedən dəyişiklikləri müsbət dəyərləndirən ekspert bu ideyanın Azərbaycan Ordusu və ümumilikdə ölkəmiz haqqında mənfi imic yaradacağını iddia edən şəxslərlə razılaşmadığını deyib: “Bu cür müayinələrin aparılması baş verə biləcək hansısa təhlükənin də qarşısının alınmasında mühüm rol oynaya bilər. Narkotik maddə aludəçisinin silah daşıması qəbuledilməzdir”.
Qərb ölkələrində hərbçilərin icbari psixoloji müayinədən keçirildiyini xatırladan. A.İsazadə deyib ki, psixoloji durumu yerində olmayan insanın orduda xidmət etməsi də arzuolunan deyil.
"Səhv etmirəmsə, ABŞ-da psixoloji vəziyyəti yerinə olmayan bir zabit affekt vəziyyətində zabit yoldaşlarını güllələmişdi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya
Xırdalanda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB
09:52 04.09.2026
Hadisə
Putinin müşaviri: Ukrayna məhv olmaq təhlükəsi ilə üz-üzədir
09:45 04.09.2026
Siyasət
Qızıl və gümüş ucuzlaşıb
09:35 04.09.2026
İqtisadiyyat
Avropa İttifaqı Ermənistana Rusiya ilə bağlı iki tələb irəli sürdü
09:27 04.09.2026
Gündəm