NATO-ya məxsus kəşfiyyat təyyarəsi Qara dənizin cənub hissəsindəki neytral sular üzərində səkkiz saat yarım dövrə vurub.
Teleqraf xəbər verir ki, Avropa İttifaqının hava hərəkətinə nəzarət xidmətindəki mənbə TASS-a məlumat verib.
Məlumata görə, "Bombardier ARTEMIS II" kəşfiyyat təyyarəsi uçuşa Rumıniyanın Konstansa şəhərindəki bazasından qalxaraq başlayıb.
Təyyarə 8 saat yarım ərzində Qara dəniz üzərində qərbdən şərqə və əksinə olmaqla uçuşlar həyata keçirib.
Mənbə bildirib ki, təyyarə təxminən 12,5 km hündürlükdə uçub və mülki aviasiya üçün nəzərdə tutulmuş dəhlizlərdən istifadə etməyib.