"Naxçıvanla bağlı erməninin öyrətdiyi adamlar fikir söyləyirlər"
Yusif Nəzərli
22:32 02.12.2022
Aktual
410
Siyavuş Novruzov: "Xahiş edirəm ki, bu məsələyə diqqətlə yanaşılsın. Korrupsiya harada var, ora yoxlanılır"
Milli Məclisin dünənki iclasında Naxçıvanda aparılan yoxlamalar və həbslər də gündəmə gətirilib. Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, Naxçıvan həssas bölgədir: "Həssas bölgə ilə bağlı erməninin öyrətdiyi adamlar fikir söyləyirlər. Burada hər hansı siyasi oyunbazlığın qurulmasına heç bir ehtiyac yoxdur. Hüquq-mühafizə orqanları oranı da yoxlayır. Bakıda neçə nazirlik yoxlanıldı, yeddi icra başçısı tutuldu. Bunlar da Azərbaycan vətəndaşlarıdır. Xahiş edirəm ki, bu məsələyə diqqətlə yanaşılsın. Korrupsiya harada var, ora yoxlanılır”. S.Novruzov vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Prezidentin, dövlətin, dövlətçiliyin arxasındadır, ona sədaqətlidir: “Bir çox adamlar yuyulmamış çömçə kimi özlərini ortaya atıblar. Azərbaycan Prezidenti nəyi, nə zaman, necə etmək lazımdır, hamıdan yaxşı bilir. Naxçıvanın həssas bölgədə yerləşdiyi nəzərə alınmalıdır. Bir tərəfdən İran, digər tərəfdən Ermənistanla ən böyük sərhəd Naxçıvan Muxtar Respublikası ilədir. Həssas bölgə ilə yanaşı, erməninin öyrətdiyi başqa-başqa adamlar çıxışlar edirlər, baş verənlərə münasibət bildirirlər. Naxçıvanlılar dövlətin, dövlətçiliyin arxasındadır, şəhid olmağa hər an hazırdırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm