"Neftin ucuzlaşmasına sevinməyin!"
Turan
09:17 21.03.2020
Aktual
940
Parlamentari vurğulayıb ki, panikaya, şaiyəyə, əsassız statuslara, çıxışlara yol vermək olmaz
"Koronavirusla bağlı panika yaratmaq, vəziyyəti gərginləşdirmək, əmin-amanlığı pozmaq doğru deyil".
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Razi Nurullayev deyib.
Ekspert bildirib ki, virusun yaratdığı çətinliklərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir:
"İlk növbədə bunun ziyanını Azərbaycan vətəndaşları çəkəcək. Süni şəkildə panika artıqca, insanlar banklara qaçır və əllərindəki manatı dollara dəyişmək üçün növbə tuturlar. Biz özümüz manatı dəyərsizləşdirməyək, süni bahalıq yaratmayaq, şaiyələr yaymayaq. Virus panikasından hökuməti gözdən salmaq üçün istifadə yolverilməzdir. Bunun ziyanını vətəndaşlar çəkəcək, islahatlar dalğasını isə dayandıracaq".
Millət vəkili bildirib ki, apteklərdə bəzən spirtlər çatışmır:
"Çünki, bir evdə 5 ailə üzvü varsa, hamısı ayrı-ayrılıqda apteklərə üz tutur və hər gün spirt, maska alırlar. Elə ev var ki, bəlkə də yüz maskası, 200-300 spirt flakonu var. İnternetdə axtarış etdim və gördüm ki, demək olar ki, ən inkişaf etmiş ölkələrdə belə maska və spirt çatışmazlığı var. Heç bir ölkənin bir neçə illik ehtiyatı yoxdur. Belə vəziyyəti heç kim hesablamamışdı, amma şükürlər olsun ki, hər şey nəzarət altındadır və ölkəmizin vəziyyəti başqa ölkələrə nisbətən çox yaxşıdır".
R.Nurullayevin fikrincə, hökumətin addımını qiymətləndirmək lazımdır:
"Cəmi 33 təsdiq olunmuş xəstə var. Vəziyyət ciddi nəzarət altındadır. Hökumət vacib olan addımları atıb və atmaqdadır. Sevinməliyik ki, bu qədər ciddi addımlar atıldı və ölkə rəhbərliyinin qətiyyətli iradəsi ortaya qoyulub. Hər gün parlament binasında oluram, müxtəlif adamlarla görüşürəm və görürəm ki, çox ciddi addımlar atılır və hökumətin elə strukturları var ki, 24 saat işləyirlər. Onlar ciddi risk altında vəzifə borclarını yerinə yetirirlər və onlara çox sağ ol deməliyik!".
Parlamentari vurğulayıb ki, panikaya, şaiyəyə, əsassız statuslara, məqalələrə, çıxışlara yol vermək olmaz:
"Neftin ucuzlaşmasına sevinməyin! Neft ucuzlaşdıqca, əhalinin sosial rifahı üçün həyata keçirilən layihələr də dondurulur. Uşaq pulu məsələsi gündəmdə idi, onu ən çox mən qaldırırdım, daha bunu edə bilmirəm. Ölkənin kasıblaşmasına sevinməyin!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət