“Qəzza zolağının şimalında yerləşən “Erez” keçid məntəqəsi malların daşınması üçün bağlı qalacaq”.
Teleqraf xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
O bildirib ki, HƏMAS tərksilah edilənə və Qəzza tam demilitarizasiya olunana qədər zolağın bərpasına başlanılmayacaq.
“Erez keçidinin malların daşınması üçün açılması ilə bağlı heç bir göstəriş yoxdur. İsrailin Qəzza ilə bağlı siyasəti aydındır və dəyişməyib: HƏMAS-ın silahsızlaşdırılmasına və Qəzza zolağının tam demilitarizasiyasına qədər heç bir yenidənqurma olmayacaq”, - Netanyahu qeyd edib.
Açıqlama İsrail mediasında “Erez”in sentyabrın 1-dən malların daşınması üçün açılmasının nəzərdən keçirildiyi barədə məlumatın yayılmasından sonra verilib.