
Niderland beynəlxalq hüququn bütün norma və prinsiplərini pozur -ANALİZ
10:20 14.10.2024
Aktual
560
COP29 yaxınlaşdıqca Azərbaycana qarşı vahid mərkəzdən idarə olunan hücumlar intensivləşməkdədir. Niderland Parlamenti tərəfindən oktyabrın 10-da qəbul edilmiş sənədlər və Niderland xarici işlər nazirinin həmin sənədlərin müzakirəsi zamanı ifadə etdiyi mövqe tamamilə qəbuledilməzdir. Bu barədə Qərbi Azərbaycan İcmasından bildirilib. Qeyd olunub ki, birincisi, bu sənədlərdə əks olunan iddialar böhtandır. Azərbaycanda saxlanılan məlum şəxslər hərbi əsirlər deyil, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdə ittiham olunanlardır. Bu səbəbdən onların hərbi əsir kimi qələmə verilməsi hüquqa hörmətsizlikdir. İkincisi, erməni mədəni irsinin təhlükə altında olması iddiaları da heç bir əsası olmayan uydurmadır. Azərbaycanın Şuşa şəhərində yerləşən Qazançı kilsəsinin yenicə başa çatdırılmış bərpası da göstərdiyi kimi, Azərbaycanda heç bir “erməni abidəsi” təhlükə altında deyil. Azərbaycan dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün mədəni irsin qorunmasını təmin edib. Buna görə vurğulamaq istərdik ki, qanlı müstəmləkə keçmişinə malik, İslamofobiyanın geniş tüğyan etdiyi, Srebreniça soyqırımına görə məsuliyyət daşıyan və Boner, Sint Eustatius, Saba, Aruba, Kurasao və Sint Maarten kimi dəniz ərazilərində dekolonizasiya öhdəliklərini yerinə yetirməkdən imtina edən Niderlandın beynəlxalq hüquq və insan hüquqlarından danışmağa mənəvi haqqı yoxdur. Qərbi Azərbaycan İcması Niderland hökumətindən və parlamentindən Azərbaycana qarşı ittihamları və hücumları dayandırmağı, azərbaycanlılara qarşı irqi ayrı-seçkiliyi dayandırmağı və Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna hörmət etməyi tələb edib.
Politoloq Aytən Qurbanova “Sherg.az”a vurğulayıb ki, II Qarabağ Müharibəsindən sonra Azərbaycana dost, tərəfdaş, müttəfiq olan dövlətlərlə yanaşı kifayət qədər qərəzli və ikili standartlara əsaslanan ölkələrin də olduğunu müşahidə edirik:

“Niderland da həmin dövlətlər sırasındadır. Niderlandın Azərbaycanın ərazi betövlüyünü hədəf alan çıxışları və Ermənistanın işğalçılıq siyasətini dəstəkləməsi bir daha sübut edir ki, rəsmi Amsterdam beynəlxalq hüququn bütün norma və prinsiplərini pozan, qlobal sistemin ikili standartlarını əsaslanan yanaşmalarının təzahürü kimi qiymətləndirəcəyimiz dövlətlərdəndir. 10 oktyabr 2024-cü ildə Niderland parlamentinin nümayəndələr palatasında Azərbaycana münasibətdə müzakirə olunan məsələlər, qeyri-konstruktiv yanaşmalar və bəyanatın qəbul olunması Niderlandın 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın öz ərazilərini işğaldan və separatçılardan təmizləməklə bağlı atdığı legitim addımlara qarşı ədalətsiz yanaşmasının olduğunu göstərir. Çünki 23 saatlıq antiterror tədbirləri sırasında həbs olunan bütün cinayətkarların və terrorçuların qlobal sistem tərəfindən tanınan seperatizm fəaliyyətləri ilə bağlı yetərincə faktları Ermənistan tərəfinə və dünya ictimaiyyətinə dəfələrlə təqdim etmişik. Bununla bağlı cinayətkarların etirafedici bəyanatları da var. Mühakimə prosesi Azərbaycan hüquq sistemi tərəfindən həyata keçirilir. Həmçinin Azərbaycanın ərazi bütövlüyünü hədəf alan işğalçılıq siyasətini həyata keçirən, terrorizm və separatizmi təbliğ edən və Xocalı qətliamını törədən şəxslərə qarşı beynəlxalq tribuna qurulmalı olduğu halda Fransa, Niderland, ABŞ-nin bəzi qurumları onları dırnaqarası hərbi əsir adlandıraraq himayə etməyə çalışır. Ümumiyyətlə Qərbin fərqli siyasi dairələrində sözügedən hadisələrə münasibətdə müxtəlif mövqelər mövcuddur və beynəlxalq hüquq gözardı edilərək kimlərinsə maraqlarına qurban olunur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region