Ombudsman: "Ermənistan hələ də mina xəritə-sxemləri barədə dəqiq məlumatları vermək istəmir"
Yusif Sultanoğlu
05:35 04.12.2023
Aktual
567
"Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal dövründə, habelə ondan sonrakı illərdə Qarabağ və Şərqi Zəngəzur bölgəsindəki ərazilərimizdə çoxsaylı minalar və partlamamış hərbi sursatlar mövcuddur, qarşı tərəf isə hələ də onların xəritə-sxemləri barədə dəqiq məlumatları vermək istəmir".
"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva dekabrın 4-da Bakıda keçirilən “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, statistik məlumatlara əsasən, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnmiş Vətən müharibəsinin başa çatdığı 2020-ci il noyabrın 10-dan indiyədək arasında mülki şəxslərin üstünlük təşkil etdiyi 65 nəfər mina partlayışı nəticəsində həlak olub, 272 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb: "Ümumilikdə 1991-ci ildən bu günə kimi 357 nəfəri uşaqlar, 38 nəfəri isə qadınlar olmaqla 3416 nəfər minadan zərərçəkən qeydə alınıb".
Ombudsman bildirib ki, çoxsaylı insan itkilərinə, ağır xəsarətlərə və minlərlə insanın əlilliyinə səbəb olan qlobal mina terroru işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı tikinti-quruculuq, bərpa işlərinə, eləcə də ədalətli və davamlı sülhə ciddi maneə yaratmaqda, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdışı prosesini ləngitməkdə davam edir: "Sonda bir daha Ombudsman təsisatı ilə səmərəli əməkdaşlığa və bugünkü dəyirmi masanın təşkil edilməsində fəal iştirakına görə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinə təşəkkürümü bildirir və tədbirin işinə uğurlar arzulayıram!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm