Fransanın borclanma xərcləri siyasi böhran, kütləvi iğtişaşlar və hökumətin gələn ilin büdcəsini razılaşdıra bilməməsi fonunda son 24 ildə ilk dəfə 5%-i ötüb.
Teleqraf xəbər verir ki, bu barədə məlumatı “The Guardian” nəşri yayıb.
İnvestorlar qorxurlar ki, yaranmış siyasi böhran rəsmi Parisin büdcə kəsirini azaltmasına və dövlət borcunun artımını cilovlamasına mane olacaq.
Fransada son həftələrdə məktəblərdə şəraitin yaxşılaşdırılması, maliyyələşmənin artırılması və müəllim çatışmazlığı probleminin həlli tələbləri ilə sentyabrda başlayan küçə etirazları davam edir.
Sonradan bu narazılıq yaşayış minimumunun və xərclərinin artmasına qarşı yönəlib. Bir sıra şəhərlərdə nümayişlər polislə qarşıdurmalar və qarətlərlə müşayiət olunub.