Onu lağlağıya çevirmək feysbukdakıların səviyyəsini göstərir - Rəşad Məcid
Yusif Nəzərli
14:47 23.08.2023
Aktual
729
Xalq yazıçısı Çingiz Abdullayev yenidən ana dilimizdə yol verdiyi səhvlərə görə gündəm olub.
Feysbuk hesabından Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcidə təbrik mesajı ünvanlayan Abdullayevə “Sağlamlıq, xoşbəxtlik, çoxlu uğurları. Nəvələri ilə çox sevinc” ifadələrinə görə irad bildiriblər.
Onun cümlələri natamam yazması geniş müzakirə yaradıb. Görünür, yazıçı özü də sosial şəbəkələrdəki rəylərdən inciyib.
O, News24.az-a açıqlamasında yazdığı təbriki pozacağını bildirib: “Rəşad Məcidi də təbrik etmərəm”.
R. Məcid “Sherg.az”a danışaraq Ç. Abdullayevin səmimi təbrik yazdığını vurğulayıb:
“Feysbukda insanları bezdirirlər. O, səmimi təbrik yazıb. Çingiz Abdullayev rus dilində yazdığına görə Azərbaycan dilində səhvlərə yol verir. Biz ona demişik ki, bu tipli statuslar yazanda azərbaycanlı köməkçilərindən biri onu oxusun. Bu təbriki lağlağıya çevirmək feysbuk istifadəçilərinin səviyyəsini göstərir. İnsanları hər şeyə görə məsxərəyə qoymaq düzgün deyil və ayıbdır. Feysbukda çox adam səhv buraxır. Mən səhvsiz yazmağa çalışıram. Bəzi adamlar dünənə qədər "e" ilə "ə"ni səhv yazırdılar. O qədər ciddi adamlar var ki, "da-də"ni harada ayrı, harada bitişik yazacaqlarını bilmirlər. "Grammar Aze" səhifəsi var. Mən onu çox bəyənirəm. Hətta məmurların səhvi olanda belə paylaşır. Belə-belə feysbukda yazılar düzələcək. Bu cür korrektələr vacibdir. Amma belə fürsətlərdən istifadə edərək hörmətli adamları məsxərəyə qoymaq düz deyil. Məsələn, Rasim Balayevi, Ramiz Rövşəni, Çingiz Abdullayevi məsxərəyə qoymaqla dəyərləri hörmətdən salmaq yaraşmaz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya