Parlamentari: Bizim Rusiyadan tərəfdaş kimi ədalətin bərpası üçün gözləntimiz var
09:30 22.07.2025
Aktual
581
AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı hələ də Rusiyadan hər hansı cavab alınmayıb. Azərbaycanın haqlı olaraq öz tələbləri var. Bu vəziyyət isə Rusiya-Azərbaycan arasında ikitərəfli münasibətlərə pis təsir edir.
Şuşa Qlobal Media Formunda Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan tələblərinin yerinə yetirilməsində sonadək gedəcək. Prezident bu bəyənatla Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini və milli maraqlarını qətiyyətlə müdafiə etməyə davam edəcəyini bir daha ortaya qoydu.
Millət vəkili Rizvan Nəbiyev mövzu ilə bağlı Sherg.az-a açıqlama verib:
"Ötən ilin dekabırında Rusiyaya qarşı səsləndirilən tələbləri necə eşitmişdiksə, Şuşa Qlobal Media Forumunda da eyni prinsipallıqla bu tələblər səsləndirildi. Bu, beynəlxalq hüququn prinsiplərinə və ədalətə əsaslanan bir mövqedir, Rusiyaya qarşı yönəlik addım deyil. Bizim Rusiyadan tərəfdaş kimi ədalətin bərpası üçün gözləntimiz var. Təyyarə vurulmasına görə, həyatını itirmiş, yaralanmış insanlara görə konpensasiya ödənilməlidir. Təyyarə qəzasının səbəbkarları isə məhkəmə qarşısına çıxarılmalı və cəzalandırılmalıdır.
Forumda Prezident İlham Əliyev Malaziyaya məxsus hava şirkətinin təyyarəsinin vurulması ilə bağlı paralellər apardı. Bu o deməkdir ki, biz ədalətin bərpası üçün uzun olsa da məhkəmə prosesini də istisna etmirik. Biz hələ də inanırıq ki, Rusiyadan cavab gələcək və Azərbaycanın tələbləri təmin ediləcək".
Deputat Rusiya ilə münasibətlərimiz çox şaxəli olduğundan söz açıb:
"Forumda Rusiyadan olan nümayəndənin sualını da eşitdik. O, Azərbaycan prezidentinin xarici siyasət kursunun unikallığını vurğuladı, konkret misallar gətirildi. 2022-ci ilin fevralında Rusiya ilə strateji tərəfdaşlıq haqqında sənədin imzalanması ondan sonrakı dövrdə Azərbaycan xarici siyasətində həyata keçirilən prinsipial kurs, İran prezidentinin bura səfəri, Çinə dövlət səfəri, İslam dünyası ilə münasibətlər, çoxtərəfli formatlarda əldə edilən uğurlar Azərbaycanın uğurlu siyasətindən xəbər verir.
Xarici siyasət ədəbiyyatlarında biz görürük ki, hər hansı bir qanun layihəsi, xarici siyasətdəki uğurlu bir məsələ məhz onun müəllifinin adı ilə tanınır. Xüsusi ilə Qərb ədəbiyyatında konkret şəxslərin adı ilə bağlı olan çoxsaylı təşəbbüslər var".
Rizvan Nəbiyev sonda Azərbaycan xarici siyasətinin uğurlarının kökündə Prezident İlham Əliyevin xarici siyasət modelinin dayandığını vurğulayıb:
"Milli maraqlar ön plandadır, tərəfdaş dövlətlərin, xüsusi ilə qonşu dövlətlərin maraqları da nəzərə alınır, nəticədə balanslaşdırılmış xarici siyasət kursumuz sülhə xidmət edir və yeni siyasi reallıqlara fokuslanmış əməkdaşlığı gücləndirir. Prezident başqa kontekstdə qeyd etdi ki, Cənubi Qafqazda sülhün tərəfdarı olaraq, sülh razılaşmasından sonra Ermənistanla da maraqların üst-üstə düşməsi istisna edilmir. Gürcüstan-Azərbaycan münasibətləri buna misladır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət