
Parlamentari: COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə göstərilən etimadın göstəricisidir
Yusif Nəzərli
10:50 10.10.2024
Aktual
512
Oktyabrın 10-da Bakıda Pre-COP29 tədbiri işə başlayıb. Heydər Əliyev Mərkəzində keçirilən tədbir “Ambisiyanı artırmaq və iqlim fəaliyyətinə təkan vermək” mövzusuna həsr olunub. Əvvəlcə COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub. Müraciətdə qeyd edilib ki, iqlim dəyişmələri bütün qitələrin ölkələrinə təsir edir, ancaq inkişaf etməkdə olan kiçik ada dövlətləri bu təsirlərə daha həssasdır. Bu, qlobal miqyasda insanların yaşayışına mənfi təsir göstərir və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində irəliləyişə mane olur. Burada Azərbaycan da istisna deyil. Biz hər il çaylarımızda suyun səviyyəsinin azaldığını, Xəzər dənizinin isə səviyyəsinin aşağı düşdüyünü görürük. Azərbaycan da su qıtlığı ilə də üzləşib.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Sherg.az”a söyləyib ki, iqlim dəyişiklikləri və onun törətdiyi problemlər bu gün bəşəriyyətin, dünya ölkələrinin qarşısında duran birinci dərəcəli vəzifədir:

“Çətinliklərin aradan qaldırılması üçün ümumi tədbirlərin həyata keçirilməsi, dövlətlərin birliyi və bir məqsəd uğrunda mübarizənin təşkil olunması çox vacibdir. COP 29 Birləşmiş Millətlər Təşkilatının daim diqqət mərkəzində saxladığı çox əhəmiyyətli beynəlxalq tədbirdir. Həmçinin COP29-un təşkil olunması biləvasitə iqlim dəyişikliklərinə təsir göstərən məsələlərin aradan qaldırılmasına və bəşəriyyəti narahat edən müəyyən hadisələrin gündəmə gətirilməsidir. Əlbəttə, iqlim dəyişikliklərinin yaratdığı fəsadlar Azərbaycanda yan keçməyib. Bütün ölkələr kimi Azərbaycan da iqlim dəyişikliklərinin törətdikləri fəsadların acısını hiss edir. Su çatışmamazlığı, Xəzərin səviyyəsinin aşağı düşməsi, yoluxucu xəstəliklərin artması bu gün Azərbaycan əhalisini də narahat edir. COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə göstərilən etimadın göstəricisidir. Cənap Prezident İlham Əliyevin dediyi kimi COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə göstərilən etimadla bərabər, həm də məsuliyyətdir. Azərbaycanda bir il ərzində COP29-un keçirilməsi ilə bağlı çox ciddi işlər görülüb. İlham Əliyev sözügedən tədbirin yüksək səviyyədə keçirilməsi üçün mütəmadi olaraq özünün tapşırıqlarını verir və görüşlər həyata keçirilir. 200-dən çox ölkənin COP29-a ev sahiblik etməsi üçün Azərbaycana səs verməsi ölkəmizdə baş tutan beynəlxalq tədbirlərin nümunəvi nəticəsindən irəli gəlir. Hesab edirəm ki, COP29 digər beynəlxalq tədbirlər kimi yüksək səviyyədə baş tutacaq və Azərbaycana yeni müsbət dividentlər gətirəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region