Parlamentarilər Şuşada: “Burada Turan Birliyinin də toplantısı keçirilsin”
Yusif Nəzərli
11:33 08.04.2022
Aktual
562
“Bu həm düşmənə göz dağı, həm də psixoloji təsir olar. Buna ciddi ehtiyac var”
Şuşada Milli Məclisin “Hüquq siyasəti və dövlət quruculuğu” və “Müdafiə,təhlükəsizlik və korrupsiya ilə mübarizə” komitələrinin birgə iclası keçirilib. “Qarabağ” hotelində baş tutan toplantının gündəliyinə iki qanun layihəsi daxil edilib.
Əvvəlcə“Azərbaycan Respublikası Hökuməti,Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi deputatların müzakirəsinə təqdim edilib.Daha sonra isə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Valyuta tənzimi haqqında”qanunda dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.Müzakirələrdən sonra qanun layihələri parlamentin plenar iclasına tövsiyə olunub.
Türkoloq-alim,professor Firudin Cəlilov bu barədə “Sherg.az”a danışarkən bildirib ki, artıq Ermənistanın Qarabağda tutduğu mövqe bütün dünyaya aydındır:
“Ermənilərin özünü bir maşa kimi istifadə edirlər. Xatırlayırsınızsa, 2020-ci ilin mayında Azərbaycanın işğal altındakı Şuşa şəhərində separatçıların “lideri” Araik Arutunyan “andiçmə” mərasimi keçirdi. O mərasimdən sonra qondarma respublikanın “parlamentini" Şuşaya köçürmək planlarından danışırdı. Tarixi gedişatla onun arzusu ürəyində qaldı. Araikin nə deməsindən asılı olmayaraq zaman göstərdi ki, onlar xam xəyallarla yaşayıblar. İkinci Qarabağ savaşı hər şeyi öz yerinə qoydu. Ermənistanın arzusu ürəyində qaldı. Ümid edirəm ki, tezliklə ara-sıra məqsədli şəkildə işlətdikləri “Dağlıq Qarabağ” anlayışı da onların gözündə qalar. Məsələlərə nikbin baxmaq lazımdır”.
F.Cəlilov diqqətə çatdırıb ki, Azərbaycanın öz torpağında iclas keçirməsi olduqca normal haldır:
“Könül istərdi ki, qısa zamanda Şuşada Turan Birliyinin toplantısı keçirilsin. Özbəkistan, Qazaxıstan,Türkiyə hamısı birlikdə orda şənliklər keçirsin. Bu həm düşmənə göz dağı, həm də psixoloji təsir olar. Buna ciddi ehtiyac var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya
Xırdalanda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB
09:52 04.09.2026
Hadisə
Putinin müşaviri: Ukrayna məhv olmaq təhlükəsi ilə üz-üzədir
09:45 04.09.2026
Siyasət
Qızıl və gümüş ucuzlaşıb
09:35 04.09.2026
İqtisadiyyat
Avropa İttifaqı Ermənistana Rusiya ilə bağlı iki tələb irəli sürdü
09:27 04.09.2026
Gündəm