Paşinyan labirintə düşüb
Paşinyan labirintə düşüb
Yusif Nəzərli
07:46 20.07.2022
Aktual
387
Ermənistan üzərində ABŞ və Rusiya rəqabəti regionda ümumi təhlükəsizliyə mənfi təsir edir
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsün İrəvana səfərindən bir-iki gün sonra Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin də Ermənistan paytaxtına yollanıb. Rəsmi məlumata görə, iyulun 18-də Narışkini Ermənistanın Baş naziri Nikol Paşinyan qəbul edib.
Onların beynəlxalq və regional təhlükəsizlik, habelə Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdikləri deyilir. Narışkinin İrəvanda Paşinyandan başqa daha kimlərlə görüşməsi barədə məlumat verilməyib. Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəsmi saytında da Narışkinin səfəri barədə məlumat yoxdur. Ekspertlərin diqqət çəkdiyi əsas məqam çox az hallarda xarici səfərlər edən Sergey Narışkinin amerikalı kəşfiyyat rəhbərinin səfərindən dərhal sonra İrəvana getməsidir. Börns ötən həftə Nikol Paşinyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşmüşdü. ABŞ tərəfi də Uilyam Börnsün səfəri barədə heç bir açıqlama verməmişdi.
Politoloq Məhəmməd Əsədullazadə “Şərq”ə bildirib ki, Ermənistana əvvəlcə Amerika, ardınca Rusiya baş kəşfiyyatçısının səfəri çox diqqətçəkən məsələdir. Analitik vurğulayıb ki, Ermənistanın Türkiyə ilə danışıqları və müəyyən dərəcədə əldə edilmiş nəticələr, həmçinin ABŞ biolabaratoriyalarının Rusiya tərəfindən bağlanması tələbi Vaşinqtonun Ermənistana diqqətini artırıb:
“Ermənistan üzərində ABŞ və Rusiya rəqabəti regionda ümumi təhlükəsizliyə mənfi təsir edir. 30 ildir məhz Ermənistan amilinə görə regionda deastiblizasiya hökm sürür. Regionda sülhün əldə edilməsi Ermənistanın siyasi iradəsindən asılıdır. Məncə, ABŞ Mərkəzi Kəşfiyyat idarəsi sədrinin Ermənistan səfəri bir neçə amilə söykənir. Vaşinqton Ermənistanı Rusiyanın təsirindən çıxartmaq üçün ilk növbədə Türkiyə ilə əlaqələrin normallaşmasına dəstək verir. Lakin Türkiyə ilə normallaşma Paşinyan iqtidarına qarşı sui-qəsdin təşkil olunması ilə nəticələnə bilər. Görünür, Amerikanın baş kəşfiyyatçısı Rusiyadan gələ biləcək təhlükələri Paşinyanın diqqətinə çatdırıb. Ağ Ev Paşinyana təhlükəsizlik zəmanəti verə biləcəyini deyib. Ermənistan daxilində siyasi proseslərdə qeyri-müəyyənlik var.
Müxalifət parlamenti boykot edir. Bu istiqamətdə Qərbin Paşinyana tam dəstəyi çox önəmlidir. Rusiya Xarici Kəşfiyyat İdarəsinin sədri isə ABŞ kəşfiyyat rəisinin səfərindən duyulan narahatlığı İrəvan hökumətinin diqqətinə çatdırmaq məqsədi ilə Ermənistana səfər edib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region
Şamaxıda yol qəzasında 4 nəfər xəsarət alıb
19:20 27.04.2026
Hadisə