Paylan erməni kilsəsinin və diasporunun ağzıyla danışır -ŞƏRH
13:52 04.02.2025
Aktual
580
Ermənistan Fransa və Hindistandan aldığı silahlara güvənməməlidir
Garo Paylanın “Ermənistana verilmiş silahlar geri qaytarılmalıdır” bəyanatı, bəzi müşahidəçilər tərəfindən Ermənistanın siyasi strategiyasının bir hissəsi kimi qiymətləndirilir. Bu strategiya, vaxt qazanmaq, silahlanmanı artırmaq və gələcəkdə mümkün hərbi əməliyyatlara hazırlıq məqsədi daşıya bilər. Bu, Ermənistanın silahlanma siyasətində davamlılığın göstəricisi kimi qəbul edilə bilər. Paşinyan hökuməti beynəlxalq dəstək üçün əvvəlcə ABŞ-ın Bayden administrasiyasına və Fransaya güvənirdi. Hazırda isə əsas ümidini Fransa Prezidenti Emmanuel Makrona bağlayır. Paşinyanın ABŞ-a səfəri zamanı ciddi müzakirələrin və ya Prezident Donald Trampla görüşün baş tutmayacağı gözlənilir. ABŞ-dan sonra onun Fransaya səfər edərək, Makronla Azərbaycana qarşı planları müzakirə edəcəyi ehtimal olunur.
Bu kontekstdə, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana verilən silahların geri qaytarılması tələbi yenidən gündəmə gəlir. Əliyev, bu silahların müharibəyə hazırlıq məqsədi ilə alındığını və onların qaytarılmamasının regionda yenidən müharibə təhlükəsi yaratdığını vurğulayırdı. Azərbaycan, belə bir təhlükənin qarşısını almaq üçün qətiyyətli mövqe sərgiləyir və buna imkan verməyəcəyini bəyan edir. Nəticə etibarilə, Ermənistanın silahlanma siyasəti və beynəlxalq dəstək axtarışları, regionda gərginliyin artmasına səbəb ola bilər. Azərbaycan isə öz təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirlər görməyə hazır olduğunu bildirir.
Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a söyləyib ki, Garo Paylan kifayət qədər ziddiyətli şəxsdir və kürd partiyaları tərəfindən uzun müddətdir Türkiyədə təmsil olunur:
“Yəni Paylan radikal kürd partiyalarının nümayəndəsi olaraq çıxışlar edir. Verdiyi açıqlamalarda əsasən Ermənistanın mövqeyini dəstəkləyir. Onun bu yaxınlarda səsləndirdiyi fikirlər şübhəsiz ki, Ermənistanın revanşist qüvvələrinin ideologiyasına xidmət göstərir. Paylan faktiki olaraq Türkiyə parlamentinin deputatı olmasına baxmayaraq, erməni kilsəsinin və diasporunun ağzıyla danışır. Onun bəyanatları heç də xoş hal deyil. Əvvəllər Nikol Paşinyan hakimiyyətində təmsil olunan nümayəndələr də bu barədə açıqlamalar verdilər. Ermənistan parlamentinin deputatlarından biri söyləmişdi ki, biz yenidən güc əldə etməyə çalışırıq və Azərbaycandan öz intiqamımızı alacayıq. Paylan bildirir ki, güclənib yenidən torpaqları azad olunması istiqamətində addımlar atılacaq. Birincisi Ermənistanın savaşa başlamaq üçün kifayət qədər insan resursları yoxdur. 44 günlük müharibə dövründə Ermənistan ordusunda olan-qalan şəxsi heyəti də sıradan çıxıb. Savaşdan sonra Azərbaycan Ordusunda yeni korpusların yaradılmasının şahidi olduq. Ermənistanda isə hərbi qüvvələrin sayının azaldılması prosesi getdi. Ermənistan Fransa və Hindistandan aldığı silahlara güvənməməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya