Prezident Azərbaycan könüllülərinin V həmrəylik forumunun iştirakçılarına müraciət ünvanlayıb
Yusif Nəzərli
12:10 05.12.2022
Aktual
419
Prezident İlham Əliyev Azərbaycan könüllülərinin V həmrəylik forumunun iştirakçılarına müraciət ünvanlayıb.
Prezident.az xəbər verir ki, müraciətdə deyilir:
“Sizi - Azərbaycan könüllülərinin V həmrəylik forumunun iştirakçılarını səmimi qəlbdən salamlayır, hamınızı Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edir, hər birinizə cansağlığı və gələcək işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Könüllülük və xeyirxahlıq ənənələri xalqımızın əsrlərin sınağından çıxmış milli-mənəvi dəyərlər sistemində xüsusi yer tutur. Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə ötən əsrin 90-cı illərindən ölkəmizdə vüsət almağa başlayan könüllülük hərəkatı məhz həmin dəyərlər zəminində genişlənərək yeni məna və məzmun kəsb etmişdir.
Vətəndaşın, cəmiyyətin və dövlətin birgə fəaliyyətini təcəssüm etdirən könüllülük bu gün də gənclər siyasətimizin mühüm istiqamətlərindəndir. 2020-ci ilin respublikamızda “Könüllülər ili” elan olunması Azərbaycan dövlətinin könüllülər hərəkatına nə dərəcədə böyük əhəmiyyət verməsinin təzahürüdür.
Ölkəmizdə hazırda sistemli və dinamik inkişaf edən könüllülük hərəkatı mövcuddur. Könüllülərin sosial sahədə, ictimai xidmətlər sektorunda töhfəsi aydın hiss olunur. Onlar cəmiyyətin maraqları naminə təmənnasız fəaliyyət göstərərək müxtəlif mədəni tədbirlərin, idman yarışlarının, ekoloji və sosial aksiyaların, təbliğat və maarifləndirmə kampaniyalarının uğurla keçirilməsində, dövlət xidmətlərinin vətəndaşlara çatdırılmasında yaxından iştirak edirlər. Minlərlə könüllü 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana müqəddəs övladlıq borcunu şərəflə yerinə yetirmişdir.
Müharibədə qazandığımız parlaq Zəfərdən sonra ölkəmiz üçün artıq yeni dövr başlamışdır. Xalqımız müharibə meydanında nümayiş etdirdiyi hünəri azad olunmuş torpaqlarımıza həyatın yenidən qaytarılmasına yönələn genişmiqyaslı abadlıq-quruculuq və bərpa işlərində göstərir. İnanıram ki, siz könüllülər bütün qüvvə və bacarığınızı səfərbər edərək, Böyük Qayıdışın uğurla gerçəkləşdirilməsi prosesində də ön sıralarda dayanacaqsınız. Sizə bu nəcib amal naminə fəaliyyətinizdə nailiyyətlər diləyirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm