"Prezident İlham Əliyevin bir illik əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməsi böyük vətəndaşlıq nümunəsidir".
Bunu " Sherg.az" a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
Deputat hesab edir ki, pandemiyaya qarşı mübarizə yalnız ona qarşı ümummili cəbhə yartmaqla səmərəli ola bilər. Çünki total viral hücumun hədəfi bütövlükdə cəmiyyətin hər bir üzvüdür:
"Ona görə də cəmiyyətin bütün resursları koronavirusa qarşı səfərbər edilməlidir. Bu mənada Azərbaycanda koronovirus təhlükəsinə qarşı həyata keçirilən tədbiirlər kompleks xarakter daşıyır və ardıcıl olaraq həyata keçirilir. Bu isə əlbətdə yaxşı nəticələr verir. Hazırki vəziyyətdə qısa bir müqayisəli təhlil aparsaq doğurdan da ölkəmizdə virus təhdidlərinə qarşı vəziyyətin digər ölkələrə nisbətdə xeyli dərəcədə yaxşı olduğunu görə bilərik. Azərbaycan təhdid yaranar-yaranmaz vaxt itirmədən ard-arda təhlükəsizlik tədbirləri həyata keçirməyə başladı. Prezidentin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və həmin fonda iyirmi milyon manat ayrılması təqdirəlayiq bir hal idi. Bununla da Koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədilə Koronovirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslərin könüllü ödəmələr etməsi üçün şərait yaradıldı".
H. Babaoğlu xüsusilə qeyd edib ki, Prezident İlham Əliyev özünün bir illik əmək haqqını bu fonda ianə etməklə böyük vətəndaşlıq nümunəsi göstərdi. Bu addım təkcə Fonda yardım deyil, həm də imkanlı təşkilat və müəssisələrə, eyni zamanda ayrı-ayrı vətəndaşlara koronovirus təhlükəsinə qarşı həm də maddi müstəvidə səfərbər olmaq niyyətinin dəstəklənməsi çağırışı idi: " Sevindirici haldır ki, daima ümummilli mənafelər ətrafında səfərbər olmağı bacaran xalqımız , onun ayrı-ayrı fərdləri bu təşəbbüsü yüksək qiymətləndirərək öz imkanları çərçivəsində Fonda ianələr ayırmağa başladıar. Fonda yığılan vəsait koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcək ki , bu da nəticə etibarilə pandeimiyaya qarşı mübarizədə bizi daha güclü etməklə bu qlobal təhdidən minimum itkilərlə çıxmağımıza yardım edəcək" .
Şəymən