“Sonra mətbuat xidməti həmin məsələlərin nədən ibarət olduğunu sadalayıb - Ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsi, Mehri Azad İqtisadi Zonasının fəaliyyəti, İranla Avrasiya İqtisadi Şurasının əlaqələri, regional kommunikasiya xətlərinin qurulması, Fars körfəzindən Qara Dənizə nəqliyyat və kabel əlaqəsinin çəkilməsi və inkişaf etdirilməsi. Həqiqətən, çox geniş əhatəyə malik məsələlərdir. Amma mənə qaranlıq qalan odur ki, elə Ermənistan hökuməti mətbuat xidmətinin verilən məlumata əlavə olaraq təqdim etdiyi və sonra geri götürdüyü videoda İbrahim Rəisi ilə Ermənistan nümayəndə heyətinin görüşünün cəmi iki dəqiqə sürdüyü göstərilir. Görüşün iki dəqiqə, hətta daha az çəkməsi həqiqətə uyğundur. Çünki andiçmə mərasiminin qızğın vaxtında İran Prezidentinin Paşinyana iki dəqiqədən artıq vaxt sərf etməsi mümkün deyi. Çünki andiçmə mərasimində iştirak edən dövlət rəhbərlərinə 10-20 dəqiqə vaxt sərf etmək bir neçə gün qonaq qəbul etməyə bərabər olardı. İki dəqiqəyə bu qədər məsələlərin müzakirə olunması isə lap fantastikadır. Görünür, Baş nazir köhnə vərdişini – mətbuat vasitəsi ilə ictimaiyyəti manipulyasiya etmək adətini yenidən işə salıb. Yəni o, hakimiyyətinin ilk dönəmindəki səhvlərdən nəticə çıxarmayıb”.
Professor Paşinyanı ifşa etdi: Səhvlərindən nəticə çıxarmayıb
Banuçiçək Kalbalıyeva
08:44 08.08.2021
Aktual
595
“Ermənistan hökuməti mətbuat xidməti İranda səfərdə olan Baş Nazir Nikol Paşinyanın İranın yeni seçilmiş prezidenti İbrahim Rəisi ilə görüşü haqqında məlumat yayıb. Məlumatda deyilir ki, Baş Nazir İran prezidenti ilə İran-Ermənistan münasibətlərində mövcud olan geniş əhatəli məsələləri müzakirə edib”.
Bu sözləri BDU-nun professoru, politoloq Əlimusa İbrahimov deyib. O, daha ətraflı “Sherg.az”a danışdı:
“Sonra mətbuat xidməti həmin məsələlərin nədən ibarət olduğunu sadalayıb - Ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsi, Mehri Azad İqtisadi Zonasının fəaliyyəti, İranla Avrasiya İqtisadi Şurasının əlaqələri, regional kommunikasiya xətlərinin qurulması, Fars körfəzindən Qara Dənizə nəqliyyat və kabel əlaqəsinin çəkilməsi və inkişaf etdirilməsi. Həqiqətən, çox geniş əhatəyə malik məsələlərdir. Amma mənə qaranlıq qalan odur ki, elə Ermənistan hökuməti mətbuat xidmətinin verilən məlumata əlavə olaraq təqdim etdiyi və sonra geri götürdüyü videoda İbrahim Rəisi ilə Ermənistan nümayəndə heyətinin görüşünün cəmi iki dəqiqə sürdüyü göstərilir. Görüşün iki dəqiqə, hətta daha az çəkməsi həqiqətə uyğundur. Çünki andiçmə mərasiminin qızğın vaxtında İran Prezidentinin Paşinyana iki dəqiqədən artıq vaxt sərf etməsi mümkün deyi. Çünki andiçmə mərasimində iştirak edən dövlət rəhbərlərinə 10-20 dəqiqə vaxt sərf etmək bir neçə gün qonaq qəbul etməyə bərabər olardı. İki dəqiqəyə bu qədər məsələlərin müzakirə olunması isə lap fantastikadır. Görünür, Baş nazir köhnə vərdişini – mətbuat vasitəsi ilə ictimaiyyəti manipulyasiya etmək adətini yenidən işə salıb. Yəni o, hakimiyyətinin ilk dönəmindəki səhvlərdən nəticə çıxarmayıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
12:39 06.08.2026
Cəmiyyət
İsmayıllıda 7 yaşlı uşaq qıcolmadan ölüb
12:27 06.08.2026
Hadisə
İsrail ordusu Livanın cənubuna zərbələr endirdi
12:11 06.08.2026
Dünya
97 yaşlı qadın uçan təyyarənin qanadı üzərində rekord qırdı
11:07 06.08.2026
Dünya
İtaliyada qadın bir milyon avroluq bileti səhvən zibilliyə atdı
10:11 06.08.2026
Dünya
Bunu etsək, Moskva və Piterdə ayılar gəzəcək - Dunda
09:57 06.08.2026
Dünya
10 il gizlənən FETÖ üzvü ifadə verdi
09:39 06.08.2026
Region
Neft ucuzlaşmağa davam edir
09:31 06.08.2026
İqtisadiyyat
Tramp Avropa müttəfiqlərinin ordularını zəif adlandırdı
09:30 06.08.2026
Gündəm
İran ABŞ-ın mümkün hücumu halında Fars körfəzi ölkələrini hədələdi
09:24 06.08.2026
Gündəm
Dünyanın ən çox borcu olan ölkələr - Azərbaycan neçəncidir?
09:19 06.08.2026
İqtisadiyyat