
Putinin gözlərini qan örtüb - RƏY
Putinin gözlərini qan örtüb - RƏY
Yusif Nəzərli
10:17 10.08.2023
Aktual
576
Polşanın Rusiya və Belarusiya sərhədini gücləndirməsi normal bir haldır
Polşa sərhəd mühafizəçilərinin dəstəklənməsi məqsədilə Belarusla sərhədə 2000 hərbçi göndərəcək.
Bu barədə ölkənin daxili işlər nazirinin müavini Maçey Vaşik bildirib.
Qərarın Belarus tərəfindən potensial hərbi fəaliyyətlər nəzərə alınaraq qəbul edildiyi bildirilib.
Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ötən həftə “Vaqner” döyüşçülərinin Polşaya daxil olaraq şəhərləri dağıtmasına mane olduğuna görə özünə təşəkkür düşdüyünü deyib. Polşanın Belarusla sərhədlərini gücləndirmək qərarına Latviya və Litva da qoşulub.

Mövzu ilə bağlı “Sherg.az”a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu bildirib ki, Rusiya Ukraniyaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Polşa əleyhinə də açıqlamaların sayı çoxalmağa başladı: "Bir müddət öncə Rusiya Prezidenti və yaxın ətrafı belə açıqlamalar verməyə başladılar ki, guya, Polşa Belarusiyanın və Ukraynanın bir hissəsini zəbt etmək istəyir, belə marağı var. Tarix boyu o ərazilər Polşanın olub və indi yenidən həmin əraziləri işğal etmək istəyir. Amma bunlar hamısı saxta ittihamlar idi. Əksinə, Ukraynanı işğal etmək istəyən Rusiya özüdür. Polşa müharibənin ilk günlərindən etibarən Ukraynaya dəstək olub, müharibə dönəmində iki milyon Ukrayna vətəndaşına sığınacaq verib. Polşa Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir".
Politoloq həmçinin qeyd edib ki, Polşa Amerika ilə də müttəfiqdir. Rusiya bu səbəbdən Polşanı da hədəf alıb və müttəfiqi Belarusiyadan da bunun üçün istifadə edir: "Həmçinin nəzərə almaq lazımdır ki, Vaqner muzdlu qruplaşmanın bir hissəsi Belarusiyada yerləşir. Rusiya Vaqner qruplaşmasından Belarusiya üzərindən Polşa və Baltikyanı ölkələrə qarşı təxribatlar törədə bilər. Belə olduğu halda Polşanın Latviya, Litva və digər Baltikyanı ölkələrin Rusiya və Belarusiya sərhədini gücləndirməsi normal bir haldır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Venesuelada birhəftəlik matəm elan edildi
23:56 01.07.2026
Dünya
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi