Qadağa gəldi: Türkiyədə yaşı 65-dən yuxarı olanlar evlərindən çıxa bilməyəcək


Koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində Türkiyədə 22 mart saat 00.00-dan etibarən yaşı 65 və daha yuxarı olan vətəndaşlara evlərindən çıxmağa müvəqqəti olaraq qadağa qoyulur.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bu qadağa xroniki xəstəlikləri olan vətəndaşlara da şamil edilir.