Qafan Hava Limanının fəaliyyətinə imkan vermək olmaz - Şərh
Qafan Hava Limanının fəaliyyətinə imkan vermək olmaz - Şərh
Yusif Nəzərli
01:00 23.08.2023
Aktual
431
Politoloq İlqar Vəlizadə əsl səbəblərə aydınlıq gətirib
Ermənistanın Baş naziri Nikol Paşinyanın açılacağını bəyan etdiyi Qafan hava limanı Azərbaycan sərhədinə yaxın yerdədir.
Bu da Azərbaycanın hava məkanının pozulması ehtimalını daha da artırır. Şübhəsiz, atıcı silahların nişangah məsafəsinə yaxın ərazidə hava məkanının istifadəyə verilməsi və uçuşların həyata keçirilməsi anonsları Azərbaycanı təxribata təhrik etmək cəhdləridir.
Bütün bunlar Ermənistanın Azərbaycana qarşı siyasi şousunun bir hissəsidir. Ekspertlərə görə, Ermənistanın sərhəddə hava limanı Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra istifadə oluna bilər.
Əks təqdirdə, Ermənistana məxsus təyyarələrin sərhəd bölgəsində hərəkət etməsi istənilən halda hava məkanımızı pozmaqla nəticələnəcək. Hazırda Ermənistanın niyyəti beynəlxalq ictimaiyyətin fikrini Zəngəzur dəhlizinə cəmləməklə həmin ərazinin təhlükəsizliyini təmin etməkdir. Bu isə bölgəni gələcəkdə ola biləcək hər hansı toqquşma üçün strateji məkana çevirir.
Politoloq İlqar Vəlizadə "Sherg.az"a açıqlamasında Qafan Hava Limanının fəaliyyətinə nəyə görə imkan verilməməsi məsələsinə aydınlıq gətirib: "Məsələ burasındadır ki, müqavilələrə, eləcə də Beynəlxalq Mülki Aviasiya haqqında 1944-cü il Konvensiyasının müddəalarına əsasən, mülki sərnişin təyyarəsi dispetçer xidmətləri barədə əvvəlcədən xəbərdar edilmək şərtilə başqa dövlətin hava məkanını keçmək hüququna malikdir. Azərbaycan və Ermənistan Beynəlxalq Hava Yolları Tranzit Sazişinin (IASTA) tərəfləridir və öz hava məkanlarını rəsmi olaraq iki ölkənin aviaşirkətləri üçün bağlamayıb. Amma 90-cı illərin əvvəllərindən münaqişə səbəbindən Azərbaycan aviadaşıyıcıları Ermənistan, Ermənistan isə Azərbaycan üzərindən hava dəhlizlərindən istifadə etməyiblər. Vəziyyət 2021-ci ildən sonra dəyişməyə başlayıb. İndi Azərbaycan təyyarələri Ermənistan ərazisindən keçməklə Naxçıvana, Ermənistan təyyarələri isə Mərkəzi Asiya və ya Çinə uçmaq üçün Azərbaycanın hava məkanından keçə bilərlər. Ermənistan Naxçıvanla əlaqəmizi məhdudlaşdırarsa, o cümlədən uçuşlara mane olmaq üçün “elektron müharibə” ilə məşğul olmağa davam edərsə, Qafan hava limanı ciddi problemlə üzləşə bilər. Xankəndi aeroportuna gəlincə, bu obyekt Azərbaycan ərazisində yerləşir və Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin nəzarətində olmalıdır. Bu baş verənə qədər onun üstündəki hava məkanı bağlanacaq. Qafan hava limanı ilə onun müqayisəsi yanlışdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm