
"Qara qutu"dan çıxan nəticələr Rusiyanın aviasiya sektoruna ciddi ziyan vura bilər -POLİTOLOQ
11:15 04.02.2025
Aktual
624
Hətta bütün ölkələrin aviasiya şirkətləri dövlət səviyyəsində Rusiyaya uçuşları təxirə sala bilərlər
Aktau yaxınlığında AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı ilkin hesabat yaxın günlərdə açıqlanacaq.
Bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev bildirib.
O qeyd edib ki, müxtəlif ölkələrdən olan mütəxəssislər demək olar işlərini bitiriblər.
Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.
Politoloq Fuad Abbasov "Sherg.az"a bildirib ki, Rusiya, Azərbaycan, Qazaxıstan və Braziliya arasında pərdəarxası söhbətlər getdiyini ehtimal edir:

""Qara qutu"dan çıxan nəticələr Rusiyanın sivil vətəndaş və aviasiya sektoruna ciddi ziyan vura bilər. Hətta bütün ölkələrin aviasiya şirkətləri dövlət səviyyəsində Rusiyaya uçuşları təxirə sala bilərlər. Eyni zamanda sanksiyalar meydana gəldikdən sonra təyyarələrin texniki baxımı, ehtiyat hissələrinin təzələnməsi, ələxsus Aeroflot, Boeing istehsalı olan təyyarələr çox ciddi texniki problemlərlə üzləşib. Belə olduğu təqdirdə Rusiya öz hava yollarına deyil, xarici dövlətlərə ümid edərək ölkələr arasında hava nəqliyyatının qorunub saxlanacağını düşünürdü. Amma AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra bu, iflasa uğraya bilər. Bun konteksdə Rusiyaya dəyə biləcək ziyanın minimallaşdırılması və günahkarların cəzalandırılması, təzminatın ödənilməsi kimi məsələlərin müzakirəsi üçün vaxt tələb olunur".
Politoloq deyib ki, Azərbaycan Respublikasının Prezidenti səviyyəsində Rusiyaya tələblər dilə gətirilibsə, "qara qutu"dan çıxan məlumatlar da onun fikirləri ilə uyğun olacaq:
"Sadəcə olaraq, Moskvanın müxtəlif teleqram kanalları vasitəsilə uydurma xəbərlər yayımlaması və bunun doğru olmasını dünyaya şərh etdirməsi Rusiyanın reputasiyasını zədələyəcək. Hazırda dörd tərəfli - Rusiya, Azərbaycan, Qazaxıstan və Braziliyanın aviasıya mütəxəssislərinin birlikdə hadisəni araşdırması ilə bağlı vaxtın itirildiyini görürük".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi