Qarabağda müharibə zəngləri eşidilir!
Yusif Nəzərli
14:15 28.06.2022
Aktual
733
“Müharibə zənglərinin tez-tez səslənməsi fonunda bizim üçün şans və imkan doğura bilər”
“Bu şans da Azərbaycan bölgələri üzrə hər dəfə Prezidentin reallaşdırdığı xüsusi təyinatlı hərbi hissələrlə əlaqədardır"
İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri davam etdirilir. Qarabağa Böyük Qayıdış prosesinə start verilib. İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfərə yollanıb. Dövlət başçısı Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış olub. Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak edib. Həmçinin Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə bağlı məlumat alıb.
Dövlət başçısına Laçın rayonunda “Həkəriçay” su anbarı layihəsi, Kəlbəcər şəhərinin baş planı verilib. Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə də tanış olub.
Sonra Prezident İlham Əliyev Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməlini qoyub, tikilməkdə olan “Çıraq-1” kiçik su elektrik stansiyasına baş çəkib.
Görülən işləri "Sherg.az"a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Prezidentin səfərləri konkret məqsədlər daşıyır:
"Böyük qayıdışa hazırlıq niyyətinin ciddiliyi ortaya qoyulur. Azərbaycan bölgədə hərbi qüvvəsinin ardınca iqtisadi gücünü sərgiləyir. Bu səfərlər Kəlbəcər və Laçının çox qısa müddət ərzində inteqrasiyasının ilkin mesajlarıdır.
Artıq Laçın məsələsinin bir an öncə bitməsinə yönəlmiş konkret addımlar atıldığı nəzərə çarpır. Prezidentin Qarabağa səfəri Ermənistanın daxili siyasi təlatümlərilə nəticələnir. Dövlət başçısının səfərlərindən dərhal sonra Ermənistanın baş naziri Nikol Paşinyanın Laçın haqda verdiyi açıqlama ölkədə vətəndaş qarşıdurması ilə müşayiət edilir. Separatçılar, revanşistlər Paşinyanın əleyhinə qalxıblar. Ermənistanda öhdəlik götürən, hüquqi məsuliyyətli şəxs Paşinyandır. Otuz ilin cinayətləri, terror olayları, xalqımıza qarşı tötədilən soyqırımı günahkarlarının, revanşistlərin, separatçıların bəziləri həyatdadır. Müharibə zənglərinin tez-tez səslənməsi fonunda bizim üçün şans və imkan doğura bilər. Bu şans da Azərbaycan bölgələri üzrə hər dəfə Prezidentin reallaşdırdığı xüsusi təyinatlı hərbi hissələrlə əlaqədardır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kipr sahillərində gəmi qəzasına görə 3 azərbaycanlı saxlanılıb
17:03 03.09.2026
Hadisə
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
16:50 03.09.2026
Ölkə
Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub
16:39 03.09.2026
Sosial
Atımı satıb Bakıya, Qurultaya gəldim - Tatar kəndlisi nə danışırdı?
16:37 03.09.2026
Tarix
Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu
16:35 03.09.2026
Dünya
Şagirdlərin yerdəyişməsi dayandırılır
16:12 03.09.2026
Elm və Təhsil
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
15:43 03.09.2026
Cəmiyyət
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm