Qazaxıstan və bir neçə ölkə Qəzza zolağında sülhü qorumaq üçün minlərlə hərbçi göndərməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bildirib.
“Uqanda, Mərakeş və Qazaxıstan kimi ölkələr bu səylər üçün minlərlə hərbçi təklif edib”, - o deyib.
Uolts qeyd edib ki, tərəfdaş ölkələrin hərbçiləri çoxdan Qəzzaya olmalı idilər, amma qüvvələrin bölgədə yerləşdirilməsi Vaşinqtonun gözlədiyindən daha yavaş gedir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bundan əvvəl Astananın Qəzza zolağına hərbi bölmələr göndərməyə hazır olduğunu təsdiqləyib. O, yerləşdirmənin beynəlxalq missiya çərçivəsində olacağını açıqlayıb.