Rayonlanlarda "jurnalist" biabırçılığı hökm sürür - Zeynal Əmrəliyev

"Hörmətli MEDİA Agentliyi və Mətbuat Şurası! Rayonlanlarda "jurnalist" biabırçılığı hökm sürür. Təbii ki, əgər onları jurnalist adlandırmaq mümkündürsə". 

Sherg.az xəbər verir ki, bu sözləri politoloq Zeynal Əmrəliyev sisial şəbəkə hesabında paylaşıb:

"Heç bir reportaj hazırlaya bilməyən, əlindən heç bir media fəaliyyəti gəlməyən bir nəfər ya sənin idarənə gəlir, bu artıq keçmişə çevrilib, artıq birbaşa zəng edib kart atır. 10 ildir ki, mediada yazırıq, danışırıq, mən də mediaya mənsubam. Bu həqiqətən mənə pis təsir. Azərbaycan jurnalistlərinin keçdiyi yolu, əziyyəti mən yaxşı bilirəm. 1-2 nəfərə görə regionlarda hörmətli, əzmkar və əzabkeş jurnalistlərin adı pisə hallanmamalıdır". 

Politoloq hesab edir ki, mövcud problemə görə dərhal tədbir görülməlidir:

"Buna görə dərhal tədbir görülməli, bu kimi hallara yol verən saxtakarların və onların özlərindən başqa heç kimin tanımadığı media qurumları ləğv edilməlidir".