
Revanşist qüvvələr Paşinyan hakimiyyətinə təzyiqlər göstərməyə çalışırlar -TƏHLİL
Yusif Sultanoğlu
12:46 30.04.2024
Aktual
598
Dünən İrəvanda Tavuşun Kirants kəndinin sakinləri ilə erməni baş nazir Nikol Paşinyan və hökumət üzvləri arasında qapalı görüş keçirilib.
Ermənistan mediası görüşün kənd sakinləri üçün yaxşı nəticələnmədiyini yazır.
“Azadlıq radiosu”nun erməni xidməti yazır ki, on nəfərə yaxın Kirants sakini görüşdə iştirak edib, lakin onlar hökumət binasını həyəcanla tərk ediblər. Jurnalistlərlə demək olar ki, ünsiyyət qurmayıblar, sadəcə iki söz deyiblər: hər şey olduğu kimi qalır, yeni heç nə yoxdur.
Hökumət binasını tərk edən sakinlərlə əlaqə saxlayan “Ermənistan” fraksiyasının Kirantsda doğulmuş deputatı Qeqam Nəzəryan bəzi təfərrüatı açıqlayıb.
“Yeni heç nə deməyib, yenə “belə ola bilər, elə ola bilər” sözlərini təkrarlayıb. Vəziyyət heç də yaxşı deyil. Sakinlər yenidən qeyri-müəyyənliyə düçar olublar. Paşinyan bildirib ki, sərhəd Kirants kəndinin ortasından keçə bilər. Bu o deməkdir ki, kənd sakinləri qapını açanda Azərbaycan əsgərini görəcəklər. Sakinlər bilmir nə etsinlər, biri deyir evimi yandıracam, digəri deyir, barrikada quracam”, - erməni deputat bildirib.
Tavuşda jurnalistlərə danışan “Ermənistan” fraksiyasının digər deputatı Qarnik Danielyan da bildirib ki, Kirants kəndi iki hissəyə bölünəcək.
“Biz Paşinyanla görüşənlərlə əlaqə saxladıq, çox narahatdırlar. Bütün qorxularımız təsdiqləndi. Yəni kənd iki yerə bölünür, körpünün və evlərin bir hissəsi Azərbaycanın nəzarətinə keçir”, - o deyib.
Ermənistan hakimiyyətinə yaxın media isə görüşün sakinlərin problemlərinin həll edilməsi məqsədi daşıdığını yazır. Məlumata görə, 2 saat davam edən görüşdə Paşinyan hökumətin problemlərlə tanış olduğunu və bunların yerində aradan qaldırılacağını deyib.
Mövzu ilə əlaqədar “Sherg.az”a danışan politoloq Oktay Qasımov söyləyib ki, Ermənistan cəmiyyətində sərhədlərin müəyyəşməsi, Azərbaycanla münasibətlərin normallaşması kimi məsələlərdə fərqli fikirlər mövcuddur:
“Eyni zamanda, ermənilərdə antitürk və antiazərbaycan əhval-ruhiyyəsi üstünlük təşkil etdiyinə görə, onların bu tip reaksiyaları başa düşüləndir. Qazaxın kəndləri ilə bağlı sakinlərin etirazlarının eynisinin 2020-ci ilin Dekabr, 2021-ci ilin Yanvar aylarında Qubadlı-Gorus sərhəddində şahidi olmuşduq. Həmin vaxt da Şurnuxlu kəndinin məsələsi ilə bağlı erməni mediasında və cəmiyyətində böyük hay-haray qaldırılmışdı. Həmin kəndin Ermənistana məxsusluğu ilə iddialar səsləndirilirdi. Amma sərhədlərin GPS izləmə sistemi ilə təyini göstərdi ki, həmin kəndin bir hissəsi Azərbaycan ərazisidir. Yenə Ermənistanda radikal müxalifət, revanşist qüvvələr bu tipli məsələlərdən istifadə edərək Nikol Paşinyan hakimiyyətinə təzyiqlər göstərməyə çalışırlar. Həmin kəndlər 1990-1992-ci illərdə işğal olunub. Sovet dövründən sonrakı dönəmdə sərhədlər müəyyən olunmadığına görə kənd sakinləri həmin ərazilərin ermənilərə məxsus olduğunu düşünür”.

Ekspert bildirib ki, artıq sərhədlərin dəqiqləşməsi prosesi gedir və reallıqlar üzə çıxır:
“Həmin ərazilərdə yaşayan insanların əksəriyyəti həmişə torpaqların tarixən onlara məxsusluğunu qeyd ediblər. Bütün bunlar erməni cəmiyyətində xəstə ruh halının olduğunu göstərir. Sakinlərin hökumətdən istədiyi heç bir razılığa getməmək və həmin ərazilərin Ermənistanda qalmasıdır. Hökümət isə sakinlərə ilk görüşdən bildirib ki, biz masadan qalxsaq və haqlı tələblərə cavab verməsək savaş başlayacaq. Ona görə də hökumət daha ehtiyatlı davranır və kəndlillərin tələblərini təmin etmir. Kəndlilər Paşinyanın dediyi kimi yanaşı yaşamağı öyrənməlidirlər. Münasibətlər tam normallaşdıqdan sonra isə azərbaycanlılarla təmasa keçərək ticarət edə bilərlər”.
Xəbər lenti
Hamısına bax
Kiflənsə də yeyilə bilən qidalar hansılardır?
23:57 27.06.2026
Sağlamlıq
Netanyahu: ABŞ və Livan İsrailin bu hüququnu tanıyıb
23:50 27.06.2026
Dünya
UFC: Rafael Fiziyev rəqibini nokautla məğlub edib
23:46 27.06.2026
İdman
Kral saraydan gedir
23:32 27.06.2026
Dünya
Pakistanda terror hücumu nəticəsində azı 6 nəfər ölüb
22:49 27.06.2026
Dünya
"Qarabağ" Avstriya komandasını darmadağın etdi
22:30 27.06.2026
Futbol
İsveçrədə buzlaqların əriməsi rekord səviyyəyə çatıb
22:15 27.06.2026
Ekologiya
UFC: Nazim Sadıxov nakautla məğlub olub
22:05 27.06.2026
İdman
Ukraynaya "yaşıl işıq": Tramp bu razılaşmalardan imtina edir
21:47 27.06.2026
Dünya
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
21:44 27.06.2026
İdman
Ermənistan və İran 7,2 kilometrlik tunelin tikintisinə başladılar
20:43 27.06.2026
Region
Fransada dəhşətli istilər: 109 nəfər öldü..
20:14 27.06.2026
Dünya
Ukraynada daha iki gürcü könüllü həlak olub
19:53 27.06.2026
Dünya
CHP-dən 86 deputat başqa partiyaya keçəcək? - İDDİA
19:49 27.06.2026
Siyasət
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb
19:32 27.06.2026
Hadisə