Rus cəmiyyəti bundan qorxur - ŞƏRH
Yusif Nəzərli
11:07 22.08.2023
Aktual
541
Hər 5 rusiyalıdan 4-ü (80 faiz) Ukraynadakı müharibə ilə bağlı rəy sorğularında iştirak etməkdən imtina edir.
BBC xəbər verir ki, bu göstərici rusların “xüsusi hərbi əməliyyata” münasibəti ilə bağlı son araşdırmalar zamanı "Russian Field" sosioloqları tərəfindən əldə edilib.
İyunun 16-19-da keçirilən sorğuda respondentlərin 79.2 faizi Ukraynadakı müharibə ilə bağlı onlara sual veriləcəyini biləndə iştirakdan imtina edib.
Müharibə uzandıqca proqnoz verməyin çətinləşdiyini söyləyən politoloq İlqar Vəlizadə "Sherg.az"a bildirib ki, sorğular Rusiya cəmiyyətində fikir ayrılığı yaradır:
"Müharibənin əvvəlində heç kəs bu qədər uzun çəkəcəyini və qeyri-müəyyən nəticələrin olacağını düşünmürdü. Ona görə də rəy vermək çətinləşib. Burda isə heç ekspertlər dolğun məlumat verə bilmir qaldı ki, sadə insanlar. Eyni zamanda ekspertlərin cəbhə ilə bağlı verdiyi müəmmalı açıqlamaları da insanlar arasında təzad yaradır. Digər tərəfdən son vaxtlarda Ukrayna tərəfindən Rusiyaya dron hücumlarının sayı çoxalıb. Həmçinin Şimal qonşumuzda müxtəlif ərazilər partladılır. Bunları nəzərə alsaq, sıravi insanlar nə isə deməyi çətindir. Amma başqa bir məsələdə var ki, rus cəmiyyəti tərəfindən verilən açıq rəy, onları hüquq mühafizə orqanları ilə üz-üzə qoya bilər. Rus cəmiyyəti də bundan qorxur".
Qeyd edək ki, 2022-ci ilin dekabrında da sosioloqlar oxşar sorğu keçirmişdilər və orada tədqiqatın mövzusunu belə bilmədən dərhal iştirakdan imtina edənlər də hesablanmışdı.
Bu hesablama ilə 92.8% "imtinaçı"nın olduğu ortaya çıxıb:
"Hər 4 nəfərdən biri kobudluqla imtina edir və belə imtinaların yarısı söyüş və nalayiq sözlərlə müşayiət olunur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm