
Rusiya Türk gəmisinə atəş açıb! - Vəziyyət gərginləşə bilər
Rusiya Türk gəmisinə atəş açıb! - Vəziyyət gərginləşə bilər
Yusif Nəzərli
14:33 18.08.2023
Aktual
570
Türkiyə Ukraynanın cənubundakı İzmail limanına gedən türk şirkətinə məxsus “Şükrü Okan” yük gəmisinə xəbərdarlıq atəşi açılması ilə bağlı Rusiyaya xəbərdarlıq edib.
Bu barədə Türkiyə Prezidenti Administrasiyasının kommunikasiya şöbəsinin nəzdində yaradılan Dezinformasiya ilə Mübarizə Mərkəzinin məlumatında deyilir.
"Rusiyadakı həmkarlarımıza Qara dənizdə gərginliyi artıra biləcək bu cür cəhdlərdən çəkinmələri barədə xəbərdarlıq edilib", - məlumatda bildirilir.
Xatırladaq ki, avqustun 13-də Rusiya hərbi gəmisi Qara dənizdə Türkiyəyə məxsus “Şükrü Okan” yük gəmisini dayandırmağa məcbur etmək üçün ona xəbərdarlıq atəşi açıb. Bundan sonra rus hərbçiləri gəmiyə enərək axtarış aparıblar. Buna səbəb gəminin Ukrayna limanına üz tutması olub.
Ukrayna Xarici İşlər Nazirliyi hadisəni şərh edərək, Rusiyanı beynəlxalq hüququ kobud şəkildə pozmaqda ittiham edib. Ukrayna diplomatları Türkiyə ilə həmrəy olduqlarını bildiriblər və beynəlxalq ictimaiyyəti Rusiyanın Qara dənizdə gəmilərin dinc keçidinə mane olan hərəkətlərinin qarşısını almaq üçün qətiyyətli tədbirlər görməyə çağırıblar.
"Şükrü Okan" gəmisində Türkiyə ərazisində yox beynəlxalq sularda ruslar tərəfindən axtarış aparıldığını söyləyən Türk siyasətçi və yazar Aydın Sezer "Sherg.az"a bildirib ki, burada hansısa bir atəş açılmasından söhbət gedə bilməz:
"Rusların gəmləri yoxlamasının səbəbi Ukraynın Qaradənizdə tamamilə savaş zonasında olmasıdır. Bu səbəblə də ora gedib-gələn gəmilərin Ukraynaya silah daşıması Rusiya tərəfindən yoxlanılır. Digər tərəfdən keçən həftə də iki türk gəmisi Kərki boğazından, Krım körpüsündən keçərkən saxlanıldı və içində axtarış aparıldı.

Sözügedən gəmilər isə daha əvvəl də Ukraynaya yük daşımış gəmilərdir. Bundan sonra da Rusiya tərəfi Ukrayna ətrafında səyahət edən bütün gəmilərdə axtarışlar keçirməyə başlayıb. Digər tərəfdən gəminin sahibi və işçilərin türklər olsa da, Bayraq Türkiyənin bayrağı deyil. Həmçinin hadisənin 4 gün bundan əvvəl baş verməsinə baxmayaraq rəsmi Ankaradan heç bir açıqlama gəlməyib. Dünən müxalifət lideri Kamal Kılıçdaroğlunun höküməti tənqidindən sonra, Kommunikasiya nazirliyindən açıqlama verildi. Bildirildi ki, biz Rusiyaya xəbərdarlıq etdik. Ancaq sual yaranır ki, bu necə xəbərdarlıqdır axı? Çünki nə Lavrovla, nə də Putinlə əlaqə saxlanılmayıb. Çox güman xəbərdarlıq səfirliklər vasitəsilə olub."
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya